Yuxarı

8 kəndin qaytarılması mətndə var idi - Xaçatryan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
8 kəndin qaytarılması mətndə var idi - Xaçatryan

Vaxtilə üçtərəfli bəyanatın mətnində anklavların Azərbaycana verilməsinə qarşı çıxmışdım.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş Qərargahının keçmiş rəis müavini Tiran Xaçatryan deyib.

“Baş Qərargahın o vaxtkı rəhbərində bəyanatın ilkin variantını gördüm, sənəddə anklavlarla bağlı bəndlər var idi. Heyrətə gəldim. Baş Qərargah rəisindən soruşdum ki, atəşkəsin anklavlara nə dəxli var? Onunla qısa müzakirəmiz oldu. Daha sonra o vaxtkı müdafiə naziri David Tonoyanla şəxsi söhbətim oldu. O məndən əlaqədə qalmağımı istədi və anklavlarla bağlı müddəanı geri götürmək üçün dərhal Nikol Paşinyanla əlaqə saxladı”, - Xaçatryan bildirib.

Onun sözlərinə görə, ermənilərin Qubadlı və Laçındakı mövqelərini verməmək də təklif olunmuşdu:

“Bizim üçün sərfəli sərhədlərimiz var idi. Əvəzində isə biz Azərbaycan tərəfinə Dağlıq Qarabağın onların nəzarətində olan əraziləri saxlayacaqdıq. Amma təklifimiz qəbul olunmadı”.

Qeyd edək ki, Ermənistanın 10 noyabr bəyanatında 8 kəndi delimitasiya və demarkasiya zamanı geri qaytaracağı öhdəliyi götürdüyü haqda hələ o vaxt məlumat yayılmışdı.

Tarix
2023.05.23 / 16:32
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla