Yuxarı

Dələduz futbolçunun əməlləri: 2 milyonluq qalmaqal və…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dələduz futbolçunun əməlləri: 2 milyonluq qalmaqal və…

Dələduzluq ittihamı ilə həbs edilən məşhur futbolçu Maşallah Əhmədovun başqa əməlləri də ortaya çıxıb.

Axar.az-ın əldə etdiyi xəbərə görə, veteran futbolçu idmandan ayrıldıqdan sonra özünə kiçik bir Məhdud Məsuliyyətli Cəmiyyət qurub. Adı ictimaiyyətə məlum olmayan həmin MMC ilə bir neçə rayonda abadlıq-quruculuq işlərinin icrasına başlayıb. Onun firması tenderdə qalib gələrək yenidənqurma işlərini öhdəsinə götürüb.

M.Əhmədov həbsinə qədər İmişli, Samux və Göygöldə tikinti işləri aparıb. O zaman Samuxda icra başçısı olan Vilyam Hacıyevlə tanınmış futbolçu arasında narazılıq yaranıb. Bu narazılıq V.Hacıyevin İmişlidə icra başçısı olduğu vaxtda da davam edib.

İddialara görə, V.Hacıyev M.Əhmədova Göygöl, Samux və İmişlidə gördüyü işlərin müqabilində 2 milyon manatı ödəməkdən imtina edib.

İcra başçısı öz növbəsində "Vətəninfo.az"a demişdi ki, podratçı şirkətlə müqavilə imzalanıb və görülən işlərin həcmində bu vəsait şirkətin hesabına köçürülüb:

"İmişli rayonunda abadlıq və quruculuq işlərində Maşallah Əhmədov hər hansı şəkildə iştirak etməyib və ona bir qəpik belə borclu deyilik".

V.Hacıyev qeyd etmişdi ki, üç dəfə M.Əhmədov haqqında Bakı Şəhər Prokurorluğunda cinayət işi açılıb:

"Maraqlıdır ki, hər dəfə də Maşallah Əhmədov özünü bu açılan cinayət işlərindən qurtara bilib".

Xatırladaq ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə M.Əhmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. M.Əhmədov Bakı İstintaq Təcridxanasına göndərilib.

M.Əhmədov dələduzluqda ittiham olunur. Bakı şəhər sakini Fəqan Cəfərov 2012-ci ildə polisə ərizə ilə müraciət edərək, ona məxsus, Binəqədi-Baksol yolunda yerləşən sexdən M.Əhmədovun 72 min manat dəyərində üzlük piltə götürdüyünü və pulunu ödəmədiyini bildirib.

Polisə daxil olan həmin şikayət əsasında cinayət işi başlanıb. Lakin həmin cinayət işinin başlamasından 3 il keçməsinə baxmayaraq, M.Əhmədov pulu ödəməyib.

Bu il dekabrın 14-də isə Binəqədi polisinə M.Əhmədovla bağlı daha bir şikayət daxil olub. Bakı şəhər sakini Yusif Əzizov şikayət ərizəsində M.Əhmədovun ondan 105 min manat dəyərində mərmər daşı götürdüyünü, pulunu ödəmədiyini qeyd edib.

Tarix
2015.12.17 / 12:57
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Paşinyandan Bakı və Ankara açıqlaması

Ermənistanda siyasi gərginlik təhlükəli mərhələyə daxil olub

Netanyahunun DNT nəticəsi açıqlandı: iranlı imiş - Foto

İlham Əliyev onlara müraciət ünvanladı

Zəngəzur dəhlizi mütləq inşa ediləcək - Prezident

Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir

Dünya bunsuz yaşaya bilməz - Prezident

Zaman keçdikcə o, dəyişdi və daha da böyüdü...

Çindəki proses təşviş doğurdu: Azərbaycanı nə gözləyir?

Bakıda beynəlxalq konfrans keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla