Yuxarı

Qənirə Paşayeva adaşından yazdı: “İlk daşı o atsın!”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qənirə Paşayeva adaşından yazdı: “İlk daşı o atsın!”

Hər bir insanı tənqid etmək olar, amma beldən aşağı zərbələr, məsxərə, lağlağı doğru deyil.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva jurnalist Qənirə Ataşovanın ABŞ Dövlət Departamentinin sözçüsünə sual ünvanlayarkən fikrini ingilis dilində normal ifadə edə bilməməsindən dolayı sosial şəbəkələrdəki kəskin tənqidlərə etiraz olaraq qeyd edib. Millət vəkili bildirib ki, Qənirə Ataşova bir azərbaycanlı xanımdır və yaxşı jurnalistlərimizdən biridir:

"Ona qarşı sosial şəbəkələrdə aparılan təbliğatı doğru hesab etmirəm. Bu həyatda heç kəs xətasız deyil, bunu hər birimiz yaxşı anlamalıyıq. Və inanıram ki, Qənirə Ataşova jurnalistikanı öyrəndiyi kimi ingilis dilini də yaxşı öyrənəcək. Biz bir millətin övladlarıyıq, səhvlərimiz olduğunda bir-birimizi sağlam tənqid etməliyik, amma kin, nifrət qusaraq, aşağılayaraq, beldən aşağı zərbələr vurub məsxərəyə qoyaraq deyil. Bu cür addımlarımızla həmin insana qarşı nə qədər ağır psixoloji zərbələr vurduğumuzu unutmamalıyıq. Təkrar edirəm, həyatda səhvsiz, xətasız insan yoxdur. Varsa, məhşur hikmətdə deyildiyi kimi, buyursun, ilk daşı o atsın..."

Tarix
2015.12.21 / 00:30
Müəllif
Axar.az
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla