Yuxarı

Məktəbli qıza təcavüz edənlər azadlığa çıxıb?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəbli qıza təcavüz edənlər azadlığa çıxıb?

Xırdalanda 9-cu sinif şagirdini zorlamaqda təqsirli bilinənlər azadlığa buraxılmayıb. Onlar Bakı İstintaq Təcridxanasında saxlanılır.

Bu barədə Axar.az-a təqsirləndirilən şəxslərin vəkili Ceyhun Yusifov mətbuatda o gənclərin məhkəmə zalından azadlığa buraxılması barədə xəbərlərə münasibət bildirərkən deyib.

Vəkilin sözlərinə görə, Sumqayıt Apelyasiya Məhkəməsində hakim İlham Həsənov ittiham edilən Elməddin Qədirli, Nicat Ağayev, Elşən Novruzov və Maqsud Şamiyevə Cinayət Məcəlləsinin 150.2.1 (seksual xarakterli zorakılıq hərəkətləri bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə bəraət verib. C.Yusifov qeyd edib ki, məhkəmə onları 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) maddələrlə təqsirli bilib və gənclər məhkumluq həyatına davam edirlər.

Vəkil bu maddələr üzrə işə baxılması üçün Ali Məhkəməyə müraciət olunacağını da açıqlayıb: "Vəkil həmkarlarım - Gülşən Salmanova, Günay Sultanova, Əbil Həsənov və Əziz Qənbərovla birlikdə təqsirsiz 4 yeniyetmənin həyatında böyük iz buraxan zorlama ləkəsini silməyə nail olduq. Çünki onların məktəbli qızı zorladığı sübuta yetirilmədi, heç bir video-fakt ortaya qoyulmadı".

İttiham aktına görə, 2014-cü il dekabrın 9-da təqsirləndirilən şəxslər seksual xarakterli zorakılıq hərəkətlərini Abşeron rayonu ərazisində törədiblər.

Orta məktəbin yuxarı sinfində oxuyan 4 nəfər eyni məktəbin 9-cu sinfində təhsil alan Sevdanı (ad şərtidir) zorlayıblar və bu əməllərini videokamera ilə lentə alıblar.

Bundan sonra həmin şəxslər videokadrlar vasitəsi ilə qıza hədə-qorxu gələrək, onu şantaj ediblər. Baş vermiş hadisə ilə əlaqədar zərərçəkən valideynləri ilə birgə polisə müraciət edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elməddin Qədirli 6 il 6 ay, digər təqsirləndirilən şəxslərin hər biri 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. Təcavüzlə bağlı bəraət alsalar da, gənclərin aldığı cəza digər maddələrlə qüvvədə saxlanılıb.

Zərərçəkmiş tərəfin mövqeyini öyrənmək üçün araşdırmalarımız davam edir.

Tarix
2015.12.24 / 15:37
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlir

Azərbaycan Qırğızıstana nələr satıb? – 24 ədəd maşın...

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi

Prezidentlərin iştirakı ilə iclas keçirildi - Foto

İlham Əliyev qırğız həmkarını Azərbaycana dəvət etdi

Ölkələr arasında imzalanmış sənədlər mübadilə edildi

Japarov Nizami Gəncəvidən sitat gətirdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla