Yuxarı

Surət Hüseynov tariximizin qara səhifəsidir - Hüseynli

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Surət Hüseynov hədsiz dərəcədə ambisiyalı və saxta təxəyyüllü insan idi. Yenicə qurulmaqda olan dövlətçiliyimizə ciddi zərbə vurmuşdu.

Bu sözləri Axar.az-a açıqlamasında professor Qabil Hüseynli sabiq baş nazir Surət Hüseynovun ölümü ilə bağlı gündəmə gələn tarixi müzakirələr haqda danışarkən deyib.

O bildirib ki, Surət Hüseynov Yevlax Yun Zavodunda direktoru kimi külli miqdarda pul mənimsəmişdi:

“Həmin dövrdə ordunun ehtiyacı olan silahların alınmasında maliyyə yardımı göstərməsi ilə məşhurlaşdı. Ancaq sonra dövlətə ciddi zərər verdi.

Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizin əsas səbəbkarından biri də Surət Hüseynov idi. Ağdərə tam şəkildə, Əsgəranın isə bir hissəsi azad edilmişdi. Lakin Surət Hüseynov Xankəndiyə cəmi 10 km qalan zaman Elçibəy hökumətindəki bəzi şəxslərlə intriqalarından dolayı həmin bölgədə vuruşan briqadasını geri çəkdi. Mən həmin dövrdə Bərdədə idim və Ağdam-Bərdə yolunda hərbi texnikanın - tankların, PDM-lərin karvanla Ağdam istiqamətindən Gəncəyə doğru getdiyinin şahidi olmuşam. Mən bunu araşdırdıqdan sonra isə deyildi ki, bu hadisə guya hərbi texnikanın təmiri ilə əlaqədardır. Lakin hadisə döyüş mövqelərindəki qüvvəni geriyə çəkib, ərazilərimizi düşmənə təslim etmək kimi xəyanətkar mövqedən başqa bir şey deyildi.

Goranboy batalyonu Surət Hüseynovun rəhbərlik etdiyi korpusla birlikdə bütünlüklə Gülüstan (keçmiş Şaumyan) rayonunu və Ağdərənin bir hissəsini nəzarətdə saxlayırdı. Surət Hüseynovun qüvvələri geri çəkməsi Ağdərənin itirilməsinə səbəb oldu. Bu, Surət Hüseynovun ilk ən böyük xəyanəti idi. Bundan sonraki dövrdə ermənilərin hücumları genişləndi. Surət Hüseynov Ağdərə, Ağdam, hətta Füzulinin bəzi hissələrində döyüş mövqelərindən geri çəkildiyi üçün ermənilər sürətlə irəliləyib, bu əraziləri ələ keçirdi. Bu adamın Azərbaycan xalqı qarşısında böyük məsuliyyəti var. O, qoşunları Gəncəyə çəkdi və hərbi hissələri də özünə tabe etdi. Orada olan əsgər heyəti də öz tabeçiliyində olan korpusa qatıb, hakimiyyət savaşına başladı. O, faktiki olaraq müharibə gedən vaxt dövlətimizə qarşı silah çevirdi”.

Qabil Hüseynli qeyd edib ki, bunun ardınca Surət Hüseynov qiyama qalxdı və çevriliş həyata keçirdi:

“Yalnız Heydər Əliyevin müstəsna xidməti, uzaqgörən siyasəti və müdrikliyi sayəsində Rusiyaya bağlı bu qiyamçı-polkovnik ram edildi, daha sonra isə məsuliyyətə cəlb olundu”.

Tarix
2023.08.01 / 16:15
Müəllif
Əminə Abbasova
Digər xəbərlər

Hüseyndən həbs xəbərlərinə reaksiya

Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır!

Pakistan Azərbaycan və Türkiyəyə belə təşəkkür etdi - Foto

Kallas Mirzoyanla görüşdü, Bakı ilə sülhdən danışdı

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Piriyev kimdir?

BƏƏ-dən qızıl gətirən DGK-nın vəzifəliləri ilə bağlı yeni xəbər

Baş Prokurorluğun sorğusuna dair qərar qəbul edildi

Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi

Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - Foto

İrəvan dərhal Bakı ilə sazişi imzalamağa hazırdır - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla