Yuxarı

Diversantın yaxalanması: İrəvan video ilə özünü ifşa etdi – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diversantın yaxalanması: İrəvan video ilə özünü ifşa etdi – Video

16:34

Ermənistan Müdafiə Nazirliyi bu gün Azərbaycan Ordusu tərəfindən ələ keçirilən Q.V. (Qagik Voskanyan) adlı diversantın yaxalanmasını əks etdirdiyini iddia etdiyi video yayıb.

Axar.az xəbər verir ki, Ermənistan MN “hələlik hansı səbəbdən Azərbaycan ərazisinə keçdiyi” bilinməyən Voskanyanın Azərbaycan əsgərləri tərəfindən sorğu-sual edildiyi, daha sonra isə saxlanıldığını bildirib.

Ermənistan MN iddia edib ki, bu, “Azərbaycan MN-in yalanını üzə çıxarır”.

Ancaq Ermənistan MN bu videonu yaymaqla əslində özünü rüsvay etmiş oldu. Maraqlıdır ki, Ermənistan MN bu rüsvayçılığı yayandan sonra "görüb" və dərhal videonu dəyişib. Ancaq artıq gecdir:

Ermənistan MN-in təqdim etdiyi birinci videoda diversant saxlanılarkən, dərənin içi ilə əraziyə doğru gələn ikinci erməni əsgər görünür. Bu, hələ kadra düşən hissədir, onun ardınca da digər diversantların olub-olmadığı bəlli deyil.

Bu kadr yayıldıqdan və dərə içində gizlənərək gələn digər erməni əsgərin olması faktı üzə çıxandan sonra ifşa olduğunu anlayan Ermənistan MN dərhal ilk videonu yığışdırıb.

İkinci videoya diqqət edin: eyni kadrlardır, ancaq daha yaxından və dərədən gələn erməni əsgər bu dəfə görünmür.

Bu isə bir daha təsdiqləyir ki, erməni əsgər “hələlik bəlli olmayan səbəbdən” və yaxud “döyüş postunu özbaşına tərk edərək” deyil, məhz məqsədli şəkildə və qrup halında təxribat hədəfi ilə Azərbaycan sərhədini keçib.

Tarix
2023.08.16 / 16:47
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla