Yuxarı

36 kilo narkotik, “Makarov”… - Polis əməliyyatı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
36 kilo narkotik, “Makarov”… - Polis əməliyyatı

Gəncədə xeyli sayda narkotik vasitə aşkar edilib.

Kəpəz TV məlumat verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 42 yaşlı Xaqani Zeynalov şəhərin Atatürk prospektində şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış zaman gödəkçəsinin cibindən 28.2 qram tiryək aşkarlanaraq götürülüb. X.Zeynalovun yaşadığı ünvana baxış keçirilərkən evdən 1 ədəd nömrəsi silinmiş "Makarov" tapançası, üzərində olan sandıqça və 3 ədəd güllə, 1 kq 50 qram tiryək və ümumi çəkisi 29 kq olan marixuana aşkarlanaraq götürülüb.

Əvvəllər də Cinayət Məcəlləsinin 3 maddəsi ilə məhkumluq həyatı yaşayan X.Zeynalov əldə etdiyi psixotrop maddələri satmaq istəmədiyini bildirib.

Bundan başqa, Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Xaliq Cəlalov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən ümumi çəkisi 102 qram olan tiryək, evindən isə ümumi çəkisi 5 kq 200 qram olan marixuana aşkarlanaraq götürülüb.

Əvvəllər də 4 dəfə məhkumluq həyatı yaşayaraq ömrünün 20 ilini həbsdə keçirən X.Cəlalov narkotik vasitələri öz istifadəsi üçün əldə etdiyini bildirib.

Hər iki faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Tarix
2016.01.02 / 17:28
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla