Yuxarı

Dövlət Komitəsi: "Bəzi işbazlar..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illərdə baş verən qlobal iqtisadi böhran dünyanın əksər ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərib. Neftin qiymətinin son bir ildə aşağı düşməsinə paralel olaraq əksər ölkələrin milli valyutaları kimi Azərbaycan manatı da devalvasiyaya məruz qalıb. Neftdən asılılığın aradan qaldırılaraq ölkə iqtisadiyyatının qorunması məqsədilə yerli istehsalın stimullaşdırılması və inkişaf etdirilməsi, idxal-ixrac əməliyyatlarının təşviq etdirilməsi istiqamətində bir sıra addımlar atılır. Ancaq bu tədbirlərin reallaşdırılması zamanı sahibkarların, yerli istehsalçıların hüquqları ilə yanaşı, ilk növbədə dövlətin mənafeləri də qorunmalıdır.

Axar.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bəzi işbazlar manatın devalvasiyaya uğraması ilə ölkədə yaranan iqtisadi mühitdən istifadə edərək, xüsusilə idxal əməliyyatları zamanı dövlət büdcəsinə çatacaq vəsaitin tam ödənməsindən yayınmağa çalışır.

Dövlət Gömrük Komitəsi Maliyə Tarifvə Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru MirqasımVahabov bildirib ki, xarici iqtisadi fəaliyyət iştirakçıları ölkə ərazisinə idxal etdikləri malları bəyan edərkən qiymətlərə və malın dətyərləndirilməsinə çox diqqət etməlidir: "Mala istənilən sənəd təqdim etməklə istədiyi qiyməti tətbiq etmək niyyətində olmaq bu heç də malın düzgün qiymətləndirilməsinə gətirib çıxara bilməz. Əfsuslar olsun ki, bu gün bir sıra işbazlar bundan sui-istifadə edərək orijinal invoys adı altında mallarını bəyan etmək xəyalına düşürlər. Onlar düşünməlidirlər ki, Azərbaycan qanunları var, malın gömrük dəyərləndirilməsi gömrük tarifi haqqında qanuna görə həyata keçirilir. Təqdim olunan sənədlərdə yanlışlıqlar baş verərsə bugünkü bazarı, yerli istehsalçıların və istehlakçıalrın maraqlarının qorunması məqsədilə gömrük xidməti malın bəyan edilməsinə nəzarət edir, əgər mal düzgün bəyan olunmayıbsa QATT-ın VII maddəsində təsbit olunan prinsiplərə və Gömrük Tarifi Haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq malın dəyərləndirməsi aparılır və dövlət büdcəsinə gömrük ödənişləri həyata keçirilir.

İdarə rəisi onu da bildirib ki, hazırda bu işbazlar əsasən armatur və meyvə məhsullarının idxalı ilə məşğul olan şəxlərdir. Mirqasım Vahabov onu da əlavə edib ki, hazırda bütün məhsulların minimum qiymətləri müəyyən edilərək ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin bazasında yerləşdirilib, istənilən vaxt sahibkarlar mürəciət edib qiymətlərlə tanış ola bilərlər.

Tarix
2016.01.05 / 20:34
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizi yarı yolda qoymayan tərəfdaşımızdır - Slutski

XİN Xankəndi Kommunikesi barədə məlumat yaydı

Dağıstan rəhbəri Rusiya və Azərbaycana çağırış etdi

Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Rusiyada bu qurum Azərbaycana müraciət etdi

Sülh sazişi ilə bağlı müzakirələr tamamlanıb - Əmirbəyov

Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir...

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?

Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla