Yuxarı

Qaşqay türkləri Azərbaycanın zəfəri ilə bağlı bəyanat yaydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaşqay QUT Partiyası (Qaşqay Ulusal Türk Partiyası) Azərbaycanın Qarabağda antiterror tədbirləri keçirməsi ilə bağlı “Baydaq nyus”da dəstək bəyanatı yayıb.

Partiyadan Axar.az-a verilən məlumata görə, türkcə dərc olunan bəyanatda qaşqay türklərinin Azərbaycan Ordusuna hərtərəfli dəstəyi vurğulanıb.

Qeyd olunub ki, türk ordusunun zəfəri onları qürurlandırıb:

“Qarabağda yerləşən erməni terror qruplarının Azərbaycan Respublikası vətəndaşlarına qarşı təxribat xarakterli hərəkətlərindən sonra müzəffər Azərbaycan Ordusu Qarabağda təmizləmə işləri həyata keçirməyə məcbur qaldı. Qaşqay Türk Partiyası, Türk Qaşqay Xalq Birliyi terrorçulara qarşı mübarizədə Azərbaycan hökumətinə, millətinə və türk ordusuna qəti dəstəyini və türkçülük idealları uğrunda ölməyə hazır olduğunu bəyan edir. Həmçinin, İran hökumətinin bu yöndə Ermənistana dəstəyini qətiyyətlə pisləyir.

Yaşasın türk hökumətləri! Yaşasın türk orduları!”

Tarix
2023.09.21 / 01:27
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Rusiyada azərbaycanlıların məhkəməsi başladı

Kremlin “izahatı” qəbul edilmədi, Bakı səfəri ləğv etdi...

Markovdan Yekaterinburqdakı hadisəyə reaksiya: Dəhşətdir

Aleksey Overçukun Azərbaycana səfəri ləğv edildi

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanlılara hücum: Bakıya lazımi məlumat verilib - XİN

Səbinə Əliyeva Rusiya Ombudsmanına məktub ünvanladı

Bizi Ukrayna müharibəsinə göndərmək istəyirdilər...

Azərbaycanlılara hücumun pərdəarxası: Kremlin planı nədir?

Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla