Adil Əliyevin 2005-ci
ildə seçki qərargahının rəhbəri olmuş Oqtay Sadıqov Arif Hacılının
2005-ci ildə Nərimanov ikinci seçki dairəsində A.Əliyevlə Müsavat
başqanı İ.Qəmbər arasında seçki yarışması ilə bağlı "Müsavatdan
Adil Əliyevə sərt cavab verildi" başlıqlı yazıya cavab
verib.
"Axar.az"ın elektron ünvanına daxil olan
məktubda bildirilir:
"Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı
Adil Əliyevin 6 noyabr 2005-ci il Milli Məclis seçkilərində
Nərimanov 20 saylı II seçki dairəsindən seçki kampaniyasını
qeyri-obyektiv və arxadan atılan daş effekti verən bir tərzdə şərh
etməyə çalışmışdır. Bəri başdan ümidliyik ki, cavab haqqımız
tanınınr və bu yazı musavat.com saytında və "Yeni Musavat"
qəzetinin növbəti nömrəsində işıq üzü görəcəkdir ("Musavat.com"
yazını artıq dərc edib – red.).
Siyasi polemika məsələlərinə gəldikdə əvvəlcə qeyd etmək
istərdim ki, 1995-2000-2005-2010-cu illərdə seçki mütəxəssisi kimi
parlament seçkilərində iştirak etmiş, 2000-2002-ci illərdə Qərb
Universitetində "Seçki nəzəriyələri və texnologiyaları" fənnindən
mühazirələr oxumuşam, siyasi elmlər magistriyəm. 2005-ci il Milli
Məclis seçkilərində Adil Əliyevin səlahiyyətli nümayəndəsi və
qərargah rəhbəri olmuşam. Bizlərin hər biri kimi mənim üçün də
2005-ci il seçkiləri heç də asan olmayan siyasi mübarizə şəraitində
baş vermişdir.
O dövrki Azadlıq Blokundan dairə üzrə namizəd, Müsavat başqanı
İsa Qəmbərə gəldikdə qeyd etməlıyəm ki İsa bəy dairə ərazisində
Arif Hacılının söylədiyi kimi 4 yox, yalnız 2 görüş keçirmişdir. Bu
görüşlər də seçicilərlə görüşdən daha çox, köçürülmə elektoratın
bir dairə ərazisindən digərinə müvəqqəti ötürülməsi yolu ilə baş
vermişdir. Böyük ehtimalla blok siyasətinin üstünlüklərilə yanaşı,
fəsadları da bu seçki kampaniyasında öz sözünü demiş, secicilər İsa
bəyin onlarla hansısa bir başqa görüşünün şahidi olmamışlar.
"Tamada, molla" və başqa epitetlərlə şərh vermək fikrindəndə
xeyli uzağam. Sadəcə qeyd etmək istərdim ki, dairə ərazisində
seçicilərə məhz hörmətli münasibət, onların əmək, sosial və
konstitusion hüquqlarının təminatçısı olmaq missiyasını Adil Əliyev
həqiqətəndə icra edə bilmiş və bu gün də etməkdədir. İnsanın hansı
peşə sahibi olmasının isə seçki nəticələrinə heç bir aidiyyəti ola
bilməz və ümüdliyəm ki, Müsavat Partiyasının rəhbərliyidə bu
aksiomanı qəbul edir.
Arif Hacılının Avropa Məhkəməsinin İsa Qəmbərin lehinə qərar
qəbul etməsi ilə bağlı söylədiklərinə gəldikdə isə demək istərdim
ki bütün nüfuzlu beynəlxalq təşkilatlar bu seçkilərin beynəlxalq
hüquqi və siyasi nəticələrini tanımışlar və deməli, habelə
Nərimanov 20 saylı II seçki dairəsi üzrə də Avropa və ümumiyyətlə,
Qərb qurumlarının ikibaşlı oyunlarının isə çox şahidi olmuşuq, elə
Musavat partiyası da... Bircə bu faktı da xatırlatmaq, hesab
edirəm, yerinə düşər ki, 2005-ci il 6 noyabr seçki günü dairə
ərazisində ekzit-pol keçirən ABŞ-ın "Mitofskiy İnterneşnl" və
Estoniyanın "Saar-pols" təşkilatları da qələbəni müvafiq olaraq 39
faiz və 41 faiz göstəricilərilə Adil Əliyevə vermiş və bu
göstəricilərlə Mərkəzi Seçki Komissiyasının göstəricisi (47.4 faiz)
arasında cəmi 5-6 faizlik xətta olmuşdur ki bu da seçkisonrası rəy
soruşma texnologiyaları baxımından normal xəta fərqi hesab olunur.
Bu da belə...
Sonda Musavat Partiyasına Milli Şura kimi siyasi avantüralara
bir daha baş qoşmamaq və siyasi müttəfiq seçimində daha diqqətli
olmaq arzusu ilə.
Hörmətlə, politoloq Oqtay Sadıqov