Yuxarı

Qəzaya düşən ailənin xərcini bu qurum çəkəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzaya düşən ailənin xərcini bu qurum çəkəcək

Yanvarın 17-də Sumqayıtda yol qəzasında xəsarət alanların vəziyyəti ağır olaraq qalır.

Bu barədə Axar.az-a qəzaya uğrayan sürücülərdən biri - Siyasət Bağırovun yaxını məlumat verib. Onun sözlərinə görə, qəzaya düşən S.Bağırovun nişanlısı Aynurə Rzayevanın vəziyyəti isə kafidir. Xəsarət alan dörd şəxs həkim nəzarətindədir. S.Bağırov Sumqayıt Şəhər Travmatoloji Xəstəxanasından Dövlət Təhlükəsizlik Xidmətinin Hospitalına köçürülüb.

Qəzaya düşən Vüqar Orucov və həyat yoldaşı Tutu Orucova da Sumqayıt Şəhər Travmatoloji Xəstəxanasından Mərkəzi Gömrük Hospitalına köçürülüb. V.Orucov özünə gəlsə də, ayağında problem yaranıb və əməliyyat olunacaq.

Həkimlərin dediyinə görə, T.Orucova isə koma vəziyyətindədir. Orucovların müalicə xərclərini Avropa Azərbaycan Məktəbinin rəhbərliyi öhdəsinə götürüb. Onların bir neçə gün əvvəl övladı dünyaya gəlib. S.Bağırovun isə yaxın zamanlarda toy mərasiminin keçirilməsi nəzərdə tutulurdu.

Qeyd edək ki, hadisə yanvarın 17-də Sumqayıtın Heydər Əliyev prospektində baş verib. VAZ 21015 və "Çeri" markalı iki minik avtomobili toqquşub. Nəticədə "Jiquli"də olan sərnişinlərdən 1991-ci il təvəllüdlü Orucov Vüsal İlqar oğlu aldığı xəsarətlərdən vəfat edib. Sürücü, 1990-cı il təvəllüdlü Bağırov Siyasət Ədalət oğlu, sərnişinlər - 1993-cü il təvəllüdlü Rzayeva Aynurə Camal qızı, 1990-cı il təvəllüdlü Orucov Vüqar İlqar oğlu və onun həyat yoldaşı Orucova Tutu Ədalət qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ad günü şənliyindən evə qayıdan "Jiqulu"dəki şəxslər bir ailənin üzvü olublar.

Hazırda Sumqayıt Şəhər Polis İdarəsi araşdırma aparır.

Tarix
2016.01.22 / 08:45
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla