Yuxarı

Bakının ermənilərlə bağlı bəyanatını alqışlayırıq - Rusiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının ermənilərlə bağlı bəyanatını alqışlayırıq - Rusiya

Biz Azərbaycan yüksək vəzifəli nümayəndəsinin Qarabağa qayıtmaq istəyən ermənilərin hüquqlarının təminatı, təhlükəsizliyi və iqtisadi rifahı ilə bağlı son bəyanatlarını alqışlayırıq.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Mənə elə gəlir ki, bu, çox vacib və vaxtında verilən siqnaldır və biz, Rusiya sülhməramlı kontingenti xətti də daxil olmaqla, Bakı ilə İrəvanın barışması üçün prinsipial əhəmiyyət kəsb edən bu prosesi asanlaşdırmaq üçün əlimizdən gələni edəcəyik. Yeri gəlmişkən, biz bu bölgənin, bu ərazilərin sakinlərinin geri qayıtmasının qarşısını almaq üçün düşünülmüş çoxlu saxtakarlıqlar qeydə alırıq. Bəziləri bir növ xəyali təhdidlərlə qorxudulur, bəziləri evlərdən heç nə qalmadığı barədə yalan məlumat yayırlar. Bu doğru deyil. Biz indi aktiv şəkildə gedən bu məlumat kampaniyalarını görürük. Mənə elə gəlir ki, biz o rəsmi bəyanatlara, xüsusən də Azərbaycan nümayəndəsindən sitat gətirdiyim və indicə Rusiya tərəfinin verdiyi bəyanata əsaslanmalıyıq”, - Zaxarova qeyd edib.

Tarix
2023.11.15 / 21:25
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Azərbaycanla münaqişənin başlaması deməkdir...

Bu qətnamələr tamamilə qərəzlidir - Deputat

Ermənistana dizel daşıyan qatar Biləcəridən yola düşdü

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?

Bakı ermənisi olan senator qiyabi həbs olundu

Ukrayna buna görə Azərbaycana təşəkkür etdi

Bakı və Ankara arasında hərbi əməkdaşlıq müzakirə edildi

Bu ölkələrin qərəzli sənədlərini rədd edirik - MM

Tramp bəyan etdi: Bu gün axşam İranla...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla