Yuxarı

“NAZ Lifan” maşınlarını kreditə buraxdı – Şərtlər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“NAZ Lifan” maşınlarını kreditə buraxdı – Şərtlər

Prezident İlham Əliyevin məmurlara tövsiyyə etdiyi "NAZ Lifan" markalı avtomobillərin kreditlə satışı həyata keçirilir.

Axar.az-ın məlumatına görə, Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsal etdiyi bu maşınlar lizinqlə verilir.

Şirkətin Badamdar qəsəbəsində yerləşən filialının satış meneceri saytımıza bildirib ki, "NAZ Lifan X60" modelinin 2015-ci il buraxılışının ilkin ödənişi 1860 manatdır. Kredit 36 aylıq verilir və daxili ödənişlə həyata keçirilir. Menecer qeyd edib ki, sözügedən modeli almaq üçün 36 ay ərzində hər ay 373 manat ödəmək lazımdır.

"NAZ Lifan-320" modelinin ilkin ödənişi 1600, aylıq ödənişi (36 aylıq) 381 manatdır. "NAZ Lifan-720" modelinin ilkin ödənişi isə 2000 manatdır. Bu modelə sahib olmaq üçün 36 ay müddətində hər ay 373 manat ödəmək şərtdir.

Qeyd edək ki, bu qiymətlər NAZ ən son modellərinə aiddir.

Tarix
2016.01.27 / 16:36
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla