Yuxarı

Aİ və Azərbaycan insan hüquqlarını müzakirə ediblər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aİ və Azərbaycan insan hüquqlarını müzakirə ediblər

Brüsseldə Avropa İttifaqı (Aİ) - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə Alt-komitənin dördüncü iclası keçirilib.

Alt-komitədə Azərbaycanı Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin başçılıq etdiyi nümayəndə heyəti və Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı, səfir Fuad İsgəndərov və nümayəndəliyin əməkdaşları təmsil ediblər.

Görüşün birinci hissəsində leqal və qeyri-leqal miqrasiya, həmçinin insan alveri, sığınacaq və sərhəd mühafizəsi məsələləri müzakirə olunub.

Azərbaycanda sənəd təhlükəsizliyi çərçivəsində biometrik pasportların verilməsi, həmçinin Aİ və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və 2014-cü ilin ikinci yarısında imzalanacaq Readmissiya müqaviləsi məsələsinə də toxunulub. Bununla yanaşı, mobillik sahəsində əməkdaşlıq istiqamətində atılan addımlar məruzə edilib.

Azərbaycan Respublikasının Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı yanında nümayəndəliyin rəhbəri Fuad İsgəndərov Azərbaycanın Şərq Tərəfdaşlığı ölkələri arasında elektron hökümət, sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması və Avropa İttifaqı ilə razılaşdırılmış digər elektron alətlərinin dövlət qurumları və vətəndaşlar üçün tətbiq olunması istiqamətində ən böyük addımlar atan ölkə olduğunu vurğulayıb.

Mütəşəkkil cinayətkarlıqla mübarizə, insan alveri, korrupsiya və qeyri-leqal fəaliyyətin digər formaları, terrorizm, həmçinin maliyyə terrorizmi və çirkli pulların yuyulması ilə mübarizə siyasətində aparılan islahatlar, cinayət məcəlləsinin bu sahəsində edilən dəyişikliklər qeyd olunub. Bundan başqa, Azərbaycan nümayəndə heyəti ötən il ərzində aşkarlanmış və zərərləşdirilmiş mütəşəkkil cinayət qruplarının, insan alveri ilə məşğul olan şəxslərin və beynəlxalq miqyaslı cinayət dəstələrinin statistikasını təqdim edib. Aİ nümayəndələri, öz növbələrində, Aİ daxilində mövcud korrupsiya ilə mübarizə təcrübəsi ilə paylaşmağa hazır olduqlarını bildiriblər.

Həmçinin, Azərbaycanın terrorizmin bütün formalarını qınadığı və ona qarşı mübarizədə bütün imkanlarını səfərbər etdiyi Azərbaycan tərəfindən qeyd edilib. Aİ Şərq Tərəfdaşlığı Ölkələri ilə Əlaqələr şöbəsinin başçısı Dirk Şubel (Dirk Schuebel), Azərbaycanın Aİ üçün terrorizm sahəsində strateji tərəfdaş olduğunu və birgə əməkdaşlığı yüksək qiymətləndirib.

Görüş zamanı həmçinin hüququn aliliyi və ədliyyə mövzuları, habelə ədliyyə sahəsində Aİ-Azərbaycan arasında əməkdaşlıq məsələsi də geniş müzakirə mövzusuna çevrilib. Avropa Komissiyasının ədliyyə üzrə baş direktorluğunun nümayəndəsi ədliyyə sistemində aparılacaq islahatların vacibliyini və bununla bağlı ikitərəfli danışıqların zəruriliyini vurğulayıb.

Avropa İttifaqı nümayəndələri aparılan siyasəti razılıqla qarşılayaraq Azərbaycan nümayəndə heyətinin verdiyi təklifləri nəzərə alacaqlarını bildiriblər.

İclasın ikinci günündə, Alt-komitə Azərbaycan və Avropa İttifaqında insan hüquqları mövzusunda fikir mübadiləsi ilə davam edib. Müzakirələr insan hüquqlarının qorunması üzrə dövlət siyasəti, ədliyyə sahəsində islahatlar, seçkilər və seçki ilə bağlı proseslər, məlumat və ifadə azadlığı, birləşmək və toplaşmaq azadlığı, həmçinin vətəndaş cəmiyyətinin fəaliyyəti. Bununla yanaşı, Aİ və Azərbaycan tərəfləri beynəlxalq təşkilatlar, xüsusən BMT, ATƏT və Avropa Şurası çərçivəsində insan hüquqları sahəsində əməkdaşlığı müzakirə ediblər. ("Musavat.com")

Tarix
2014.02.05 / 01:10
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla