Yuxarı

Heydər Əsədov "Qətər Holdinq"in nümayəndələri ilə görüşüb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əsədov "Qətər Holdinq"in nümayəndələri ilə görüşüb

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Qətər Dövlətinin investisiya qurumu "Qətər Holdinq"in nümayəndələri ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən "Axar.az"a verilən məlumata görə, görüşün məqsədi holdinq tərəfindən Azərbaycanın kənd təsərrüfatı sahəsinə investisiya qoyuluşu imkanlarının araşdırılması olub.

H.Əsədov Azərbaycanla Qətər arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib və ölkəmizdə əlverişli investisiya mühitinin olduğunu nümayəndə heyətinin nəzərinə çatdırıb. Bu məqsədlə aqrar sektorda birgə tədqiqatların aparılması, ixrac imkanlarının araşdırılmasının vacibliyini bildirən nazir meyvə, tərəvəz, bostan məhsulları istehsalı və emalında, həmçinin süd emalında müştərək müəssisələrin yaradılması və ixracı imkanlarının müəyyən edilərək bu sahədə əməkdaşlığa daim dəstək verəcəyini bildirib.

Holdinqin Biznesin inkişafı departamentinin rəis müavini Muhammed Al-Mosallam kənd təsərrüfatının Azərbaycan iqtisadiyatında mühüm yer tutduğunu, bu sahəyə investisiya qoyuluşunda maraqlı olduqlarnı qeyd edərək bu əməkdaşlığın davamlı olacağına əminliyini ifadə edib.

Əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün hər iki tərəfdən əlaqələndiricilər müəyyən olunub.

Görüşdə Qətər Dövlətinin Azərbaycandakı səfiri Şeyx Mübarək bin Fəhd Əl-Tani də iştirak edib.

Tarix
2014.02.05 / 19:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla