Yuxarı

Kreml İrəvanın etdiklərini unutmayacaq - Martirosyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paşinyanın siyasi davranışı təkcə Ermənistan üçün deyil, həm də region və digər ölkələr üçün təhlükəsizlik problemi yaradır. Xüsusilə qonşularla münasibətdə gözlənilməzlik, Ermənistan rəhbərinin irəli sürdüyü aydın prinsiplərin olmaması məsəslələri təhlükəsizlik problemləri yaradır. Bu, xarici siyasət tərəfdaşları üçün onun müxtəlif təhlükəsizlik vəziyyətlərində davranışını proqnozlaşdırmaqda çətinlik yaradır. Xarici siyasət tərəfdaşları Nikola qulaq assalar da, onu öz ölkələrinin təhlükəsizliyinə potensial təhlükə kimi görürlər.

Axar.az xəbər verir ki, bunu erməni politoloq Vladimir Martirosyan deyib.

“Tehran və Moskva üçün təhlükəsizlik, logistika tərəfdaşı kimi görünən Ermənistan Paşinyan tərəfindən hakimiyyəti əldə saxlamaq üçün siyasi manevrlərə məruz qala bilər. Bu da regional maraqların tarazlaşdırılması baxımından Rusiya və İran üçün çətin vəziyyət yaradacaq. Düşünürəm ki, buna baxmayaraq, seçkidən sonra vəziyyət dəyişəcək. Rusiya prezident seçkisindən sonra öz xarici siyasətinin vektorunu müəyyən edəcək. Ermənistanla açıq şəkildə, qeyd-şərtsiz danışmağa başlayacaq. Xüsusən də Rusiya siyasətinin mentalitetinə az-çox bələd olduğum üçün deyə bilərəm ki, ruslar onlar üçün çətin vəziyyətlərdə özlərini tərəfdaş kimi aparmayanları heç vaxt unutmurlar. Ermənistanın son iki ildəki xarici siyasətinə gəlincə, ruslar bunu unutmayacaq və xatırlayacaqlar. Bu müddət ərzində Rusiya çox qətiyyətli addımlar atmayacaq, bu diplomatik atışmalar davam edəcək. Paşinyanın qəti addım atmasını gözləyəcəklər. Yəni o, bəyan edəcək ki, İrəvan Rusiya ilə təhlükəsizlik formatlarını tərk etmək, Aİİ-də münasibətləri dondurmaq siyasəti aparır və Ermənistan artıq öz xarici siyasətinin vektorunu dəyişib”, - o bildirib.

Tarix
2024.02.13 / 13:41
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ağır günlərdə Türkiyənin ətrafında səfərbər olduq

Rusiya AZAL təyyarəsi ilə bağlı biabırçı bəyanatını "düzəltdi"

İlham Əliyev Ərdoğana məktub ünvanladı

Qəza ilə bağlı ilkin hesabat - Kremlin şərhi

Səbirli olun, Putin Əliyevə söz verib, edəcək! - Arkov

Riyakar rus təbliğatı bununla özünü ifşa edir

Qəza ilə bağlı ilkin hesabat üzə çıxartdı ki... – Türk ekspert

AŞ Putinə qarşı Xüsusi Tribunal yaradır

Daha 3 şəhidimiz dəfn olunacaq - Foto

İlkin hesabat Rusiyanın iddialarını alt-üst etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla