Yuxarı

Arif Hacılı: "İsa Qəmbər başqan olmayacaq"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arif Hacılı: "İsa Qəmbər başqan olmayacaq"

Son günlər mətbuatda Müsavat Partiyasının növbəti, sayca 8-ci qurultayında partiyanın nizamnaməsində dəyişiklik edilərək İsa Qəmbərin üçüncü dəfə namizədliyini irəli sürəcəyi haqda söhbətlər gəzir. Hətta bununla bağlı partiya daxilində narazılıqların olduğu da deyilir.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı "Axar.az"a açqılamasında qurultayda İsa Qəmbərin başqanlığa namizəd olmayacağını bildirdi:

"İki dəfədən artıq partiya rəhbəri seçilməsinə qadağa qoyan müddəa yalnız Müsavat Partiyasının nizamnaməsində var, Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində fəaliyyət göstərən partiyaların nizamnaməsində belə bir müddəa yoxdur. Bu müddəa 2001-ci ilə Müsavat Partiyasının qurultayında məhz İsa Qəmbərin təklifi ilə partiyanın nizamnaməsinə daxil edilib. İsa Qəmbərin üçüncü dəfə Müsavat Partiyasının başqanlığına öz namizədliyini irəli sürmək niyyəti yoxdur. Əgər onun belə bir niyyəti olsaydı, çox asanlıqla Müsavat partiyasının qurultay nümayəndələri partiyanın nizamnaməsində dəyişiklik edərdilər. Bu baxımdan irəli sürülən ittihamlar tamamilə əsassızdır".

Arif Hacılı həmçinin başqanlığa namizədliyi haqda verdiyimiz suala da aydınlıq gətirdi:

"Mən bütün siyasi həyatımı Müsavat Partiyasında keçirmişəm və Müsavat Partiyasını əsas kampaniyalarının bir çoxuna rəhbərlik etmişəm. Ancaq mənimçün hökmən Müsavat Partiyasının başqanı olmaq kimi bir dilemma yoxdur. Həm Müsavat Partiyasının başqanı, həm aparıcı şəxsləri ilə, eyni zamanda rayon təşkilatlarının rəhbərləri, qurultay nümayəndələri ilə məsləhətləşmələr aparıram. Və əgər bu müzakirələrdən sonra hesab etsəm ki, Müsavat Partiyasının başqanlığına namizədliyimi irəli sürməyim zəruridir, namizədliyimi irəli sürəcəm".

Tarix
2013.10.31 / 13:30
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Şövkət Mirziyayev də Bakıya gəldi

Qırğızıstan prezidenti Azərbaycana gəldi

İranın haker qrupu Azərbaycana hücumu etiraf etdi

Tokayev Azərbaycana gəldi - Foto

AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

Azərbaycan regionda əsas tərəfdaşımızdır - Hersoq

Lavrov Bakıya gəldi

Baxçalıdan Azərbaycanla bağlı mühüm açıqlama - Təcili

İsrail prezidenti Azərbaycana gəldi

İstanbuldakı aksiyanın sifarişçisi kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla