Yuxarı

“Test üsulu ləğv olunmayacaq, ancaq...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Test üsulu ləğv olunmayacaq, ancaq...”

Test üsulunun ləğvindən söhbət belə gedə bilməz.

Bu sözləri Axar.az-a test imtahanının ləğv edilməsi barədə səslənən fikirləri şərh edən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu deyib. Ekspert bildirib ki, hazırda gündəmdə olan bu məsələ bir çoxları tərəfindən yanlış anlaşılıb:

"Sadəcə olaraq məqbul standartlarda elə qaydalar var ki, onları test üsulu ilə yoxlamaq olmur. Məsələn, esseni bu üsulla yoxlamaq olmadığından başqa forma, mexanizmin hazırlanmasından söhbət gedir. Təhsil naziri və TQDK sədrinin açıqlamaları da məhz bundan xəbər verir. Test üsulunu ləğv etmək istəyənlər, əslində, işbazlardır. Bir neçə dəfə də bundan əvvəl bu barədə başqa yollarla çıxış ediblər. Rəsmi şəxslərin dilindən isə belə bir məsələ səsləndirilməyib. Mən həmin müsahibəyə diqqətlə qulaq asmışam, söhbət testin məzmununun dəyişilməsindən gedir, test üsulunun ləğvindən yox. 6 ilə yaxındır ki, Azərbaycan dilində qəbul imtahanına düşən test tapşırıqlarını araşdırıram. Hər il bununla bağlı tənqidi məqalələrlə çıxış edirəm. Bəli, bizim testlərimizdə əzbərçiliyi təbliğ edən kifayət qədər tapşırıqlar var. Bu, danılmaz faktdır. Biz belə testlərin dəyişdirilməsinin, ancaq praktik testlərin salınmasının tərəfdarıyıq. O ki qaldı test üsulunun ləğvinə, bu mümkünsüzdür. Söhbət ondan gedir ki, ola bilsin, dövlət rəhbərinin göstərişi ilə TQDK başqa quruma birləşdirilsin, yaxud da ona aid səlahiyyətlər Təhsil Nazirliyinə verilsin. Ancaq bu o demək deyil ki, test üsulu ləğv oluna bilər. Mən hətta Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla bu barədə danışıqlar aparmışam. Hazırda geniş müzakirəyə səbəb olan bu məsələ əslində yanlış anlaşılıb".

Qeyd edək ki, son günlərdə test üsulunun ləğvi və yaxud qəbul qaydalarında dəyişiklik məsələsi gündəmdədir. Bir müddət öncə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə test üsulunun ləğvi ilə bağlı fikirlər səsləndirib. Əvəzində qəbul üçün orta məktəblərin buraxılış imtahanlarının nəticələrinin əsas götürüləcəyini vurğulayıb.

Gələcəkdə bu formanın dəyişə biləcəyi ilə bağlı açıqlama verən Təhsil naziri Mikayıl Cabbarov isə hazırda qiymətləndirmə standartları adlandırılan yeni layihə üzərində işlərin aparıldığını bildirib.

Tarix
2016.02.23 / 09:18
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla