Yuxarı

İran-İsrail müharibəsi... - Bakı Zəngəzur planını işə salacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail İranın Dəməşqdəki baş konsulluğunu dəqiq zərbə ilə vurduqdan sonra iki ölkə arasında müharibə gözləntisi hər keçən gün artır.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, xarici mediada İranın istənilən vaxt İsrailə cavab zərbəsi endirəcəyi haqda məlumatlar yayılır.

İranın İSNA xəbər agentliyi birbaşa İsrailə atılacaq 9 raketin adını dərc edib. ABŞ kəşfiyyatı isə qarşıdakı bir həftə ərzində İranın cavab zərbəsi endirəcəyini düşünür.

Gözlənilən İran-İsrail müharibəsindən narahat olan təkcə bu iki ölkə yox, həm də ermənilərdir. Ermənistanda hesab edirlər ki, İran-İsrail müharibəsi başlayarsa, rəsmi İrəvan Azərbaycanın Zəngəzurla bağlı istəyini yerinə yetirməyə məcbur olacaq.

Erməni şərhçi Artak Akopyan “zham.am” saytında dərc olunan məqaləsində yazır ki, İran böyük müharibəyə girərsə, Süniklə (Zəngəzur) bağlı tələbləri arxa plana keçəcək.

“Paşinyan Rusiya ilə nmünasibətlərimizi korladı. Bu halda yeganə ümidimiz İrandır. Tehran Ermənistan sərhədlərini “qırmızı xətt” elan edib. Əgər böyük müharibəyə başlasa, Azərbaycan Zəngəzurla bağlı tələbində daha da israr edəcək və bütövlükdə Zəngəzuru nəzarətə götürmək istəkləri də ola bilər. Bu halda Ermənistanı heç bir qüvvə müdafiə etməyəcək”, - erməni şərhçi qeyd edir.

Tarix
2024.04.08 / 09:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Afrikada yüksəksəviyyəli iclas keçirdi

Azərbaycanla münasibətlərimiz tərəfdaşlığa əsaslanır - Sani

Tolopilonun əmri və AZAL təyyarəsinin faciəsi – Yeni detallar

Zəngəzur dəhlizi Azərbaycana təhvil verilib... - Abovyan

Zəngəzurla bağlı son plan: 198 il Türkiyə nəzarət edəcək

Rusiya ermənilərinin lideri: Bakıdan növbəti qələbə...

Bu ölkə Azərbaycana viza rejiminin ləğvini təklif etdi

Təkrarlamaqdan yorulmuram, Bakı ilə münasibətlər...

Nikolun təyyarəsi ilk dəfə Azərbaycan hava məkanında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla