Yuxarı

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Onlar (Ermənistan – red.) öz konstitusiyalarını dəyişməlidirlər. Yenə deyirəm ki, mənim onların işinə müdaxilə etmək istəyim yoxdur, sadəcə, onların konstitusiyasında müstəqillik bəyannaməsinə istinad var, orada qondarma “Dağlıq Qarabağ” Ermənistanın bir hissəsi kimi qeyd olunur.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

"Yaxşı, konstitusiyada belə bir istinad olduqda biz necə sülh müqaviləsini imzalaya bilərik? Yəni, mən deyəndə ki, konstitusiyanı dəyişməlisən, bu, mənim təkəbbürüm deyil və ya mən kobudcasına davranmağa çalışmıram. Çünki bu, ilkin şərtdir. Düşünürəm ki, bu milli rəmzi, Ağrıdağı dəyişdirmək lazımdır. Onların Ermənistanda çoxlu dağları var, başqasını bəyənib seçə bilərlər. Amma qeyd etdiyim kimi, təbii olaraq Azərbaycanla Türkiyə arasında bu məsələdə olduğu kimi, bir çox digər məsələlərdə də əlaqələndirmə var. Çünki Türkiyə və Azərbaycan qlobal miqyasda, dünyada bir-birinə ən yaxın iki ölkədir. Bizi birləşdirən təkcə Müttəfiqlik Bəyannaməsi deyil, bizi birləşdirən çox şey var. Yəni, Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm amilidir. İki prosesin paralel getməsinə dair bəlli mövqe var: Türkiyə-Ermənistan yaxınlaşması və Ermənistan-Azərbaycan normallaşması. Bu, bizim mövqeyimizdir. Bu, həm də Türkiyə Prezidentinin mövqeyidir. İdeal vəziyyət o ola bilər ki, bir gündə iki saziş imzalanar - Azərbaycanla Ermənistan arasında sülh sazişi və Ermənistanla Türkiyə arasında bütün kommunikasiyaların açılması ilə normallaşma sazişi. Bu, onilliklər boyu davam edən nifrətə son qoyan və səhifəni çevirərək normal inkişafa başlamaq imkanı olacaq. İrəvan rəsmilərindən nə eşidirik? Eşitdiklərimizi nəzərə alırıq. Həqiqi Ermənistanla mifoloji Ermənistan arasında fərq olmalıdır, biz bu xəbərləri nəzərə alırıq. Onlar həmin Ermənistanı tarixi adlandırırlar, amma mən bunu mifoloji adlandırardım, çünki tarix manipulyasiya obyekti olmamalıdır. Beləliklə, onlar tarix haqqında miflər yaratdılar, heç vaxt erməni etnik kökü olmayan tarixi şəxsiyyətləri öz tarixlərinə daxil etdilər. Deməli, bu, tarixi bir manipulyasiyadır və onlar bir anda bütün bu mifologiyaya inanmağa başladılar. Bu, faciə idi, çünki onlar mifologiya yaratdılar, dünyanın inanmasını istədilər və özləri inanmağa başladılar. Ermənilərin gənc nəslinin Türkiyə ərazisini ələ keçirəcəyini deyəndə, bu, təkcə Serjik Sərkisyanın deyil, onu dinləyənlərin, ona bu sualı verənlərin ciddi psixoloji xəstəliyinin təzahürü idi. Beləliklə, indi Ermənistan hökumətinin sözdən hərəkətə keçəcəyini gözləyirik ki, ona əsasən öz qiymətimizi verək. Onlar başa düşməlidirlər ki, Türkiyə-Azərbaycan ittifaqı daş kimi möhkəmdir, bunu indi və gələcəkdə nəzərə almalıdırlar", - prezident vurğulayıb.

Tarix
2024.04.25 / 02:20
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın planı Xəzər dənizinə görə iflasa uğradı - İnanılmaz

Overçuk Azərbaycana gəldi

Azərbaycanda gənc çağırış zamanı şok yaşadı - Video

Burada Əliyev və Putin əsas rol oynayıb - Korotçenko

Manatın məzənnəsi barədə qərar verildi

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin cəzası bəlli oldu

Suşi sexində ciddi nöqsanlar aşkarlandı

Baş nazirdən “Sea Breeze Resort”la bağlı qərar

Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi...

Baş nazirdən bu rayonlarla bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla