Yuxarı

Bu ərazilər Azərbaycanın nəzarətinə verilir - Elan ediləcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ərazilər Azərbaycanın nəzarətinə verilir - Elan ediləcək

Qazaxın anklav olmayan 4 kəndinin bu gün (mayın 15-də) Azərbaycanın tam nəzarətinə keçəcəyi ilə bağlı məlumatlar yayılıb. Hazırda bu ərazilərdə hansı prosesin baş verdiyi isə maraq doğuran məqamlardandır.

Axar.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev Globalino.az-a açıqlamasında Qazaxın 4 kəndinin bu gün tam şəkildə Azərbaycanın nəzarətinə verildiyinin elan ediləcəyini bildirib.

“Həmin kəndlərdə delimitasiya və demarkasiya prosesinin başa çatdığını hesab edirəm. Çünki cəmi 12 km-lik sərhəd xəttinin demarkasiyası idi. Delimitasiya prosesi isə daha əvvəl başa çatdırılmışdı”, - o deyib.

Bu ərazilərdə ermənilərin yaşayıb-yaşamadığı ilə bağlı suala Ədalət Verdiyev belə cavab verib:

“Sözügedən kəndlərdə erməni sakinlər ümumiyyətlə mövcud olmayıb. Çünki bu ərazilər darmadağın vəziyyətdə idi. Evlərin bəzilərinin sadəcə bünövrəsi gözə dəyirdi. Bu kəndlər tarixi Azərbaycan torpaqlarıdır. Qarabağ kimi həmin ərazilər də öz sahiblərinə qayıdır”.

Tarix
2024.05.15 / 12:26
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla