Yuxarı

Baqrat seçki istəmir – Keşiş yenə özünü ifşa etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baqrat seçki istəmir – Keşiş yenə özünü ifşa etdi

Erməni keşiş Baqrat Qalstanyan siyasətdə naşı olduğunu və başından hündürə tullanmaq istədiyini bir daha büruzə verib. Keşiş jurnalistlərdən birinin “hökumət erkən seçkiyə qərar verərsə, münasibətiniz necə olacaq” sualına belə cavab verib ki, bu məsələni nəzərdən keçirmirlər. Necə yəni nəzərdən keçirmirsiz? Bəs onda Baş nazir Nikol Paşinyanı necə hakimiyyətdən uzaqlaşdırmaq istəyirsiniz?

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanda keşiş Baqratın baş nazirliyə iddiasını ortaya qoyması haqda qeyd edib.

“Adətən müxalifət hakimiyyətin istefasını tələb edəndə paralel olaraq erkən seçkilər tələb edir. Deməli, keşiş və onun arxasındakı qüvvələrin dərdi seçki yoluyla hakimiyyətə gəlmək deyil, xunta rejimi formalaşdırmaqdır. Görünür, seçkidə yenə məğlub olacaqlarını anlayırlar. Əslində Nikol Paşinyan keşişin “erkən seçki istəmirik” ifadəsindən radikallara qarşı istifadə edə bilər”, - o vurğulayıb.

Qeyd edək ki, Ermənistanda keşiş Baqratın rəhbərliyi ilə delimitasiyaya qarşı revanşistlərin silsilə aksiyaları bir müddətdir davam edir.

Tarix
2024.05.29 / 09:13
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla