Yuxarı

“Rusiya Ərdoğanın səfərini nə qədər təxirə sala biləcək?”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Rusiya Ərdoğanın səfərini nə qədər təxirə sala biləcək?”

Ötən gün Ankaranın Qızılay meydanında partlayış törədilib. Hücum nəticəsində 37 nəfər həlak olub, 125 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, Türkiyə mediası məsələnin pərdəarxası detallarına geniş yer ayırıb. Diqqət isə daha çox partlayışın Ərdoğanın Bakıya ikinci dəfə planlaşdırılan səfəri öncəsə baş verməsinə yönəldilib.

Türkiyə iqtidarına yaxın "Haber 7" saytının köşə yazarı Sərkan Üstünərin "Ankara terroru Rusiyanın planlı işidir?" adlı məqaləsini təqdim edirik:

"Bütün dövlətlər gözünü bu regiona çevirib və planlarını həyata keçirir.

Yenə terror, yenə ağrı…

Bu, Ankaradakı üçüncü terrordur...

Bundan öncəkinin oxşarıdır.

Və yenə də Ərdoğanın Azərbaycan səfərindən öncə…

Prezident Ərdoğan martın 15-də Azərbaycana getməliydi. Səfər zamanı "Şahdəniz" qaz yatağı və TANAP layihəsinin sürətləndirilməsi müzakirə olunacaqdı.

Terrorun üslubu bundan öncəki ilə eynidir. Yenə oğurlanmış maşın və yenə axşam saatı seçilib ki, media məsələyə daha çox diqqət ayırsın, daha çox insan ölsün.

PKK-ya siyasi dəstək verən partiyanın (HDP – red.) həmsədri Səlahəddin Dəmirdaş "CHP ilə çiyin-çiyinə mübarizə aparmalıyıq" - deyə çağırış etmişdi.

Dəmirdaşın bu çıxışı ilə eyni saatlarda PKK, MLKP, TKP/ML, DKP, MKP, TKEP/L, TİKB, THKP-C/MLSPB və İnqilabçı Qərargah adlı terror təşkilatları Qəndildə Türkiyəyə qarşı birləşdiklərini açıqladılar.

PKK liderlərindən Duran Qalxan martın əvvələrində baş verən hadisələrə diqqəti çəkərək, bunların intiqamının alınacağını açıqladı.

Nəticə: Dövlət bundan sonra terrora dəstək verən qurum, media və millət vəkillərinə lazım olan cavabı verməlidir.

Bu xəyanət baş verərkən heç kim stulunda rahat oturmamalıdır.

Çox güman ki, bu hücumu PKK-nın şəhər qolu TAK öz üzərinə götürəcək və bunu xalqların "bla bla bla…" adına etdiklərini bildirəcək.

Əsil sual budur: Rusiya Ərdoğanın Bakı səfərini nə vaxta qədər təxirə sala biləcək? Terror təşkilatlarına daha nə qədər yardım edib, əmr verə bilər?"

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyi Rəcəb Tayyib Ərdoğanın Azərbaycana martın 15-də nəzərdə tutulan səfərinin təxirə salınmayacağını açıqlayıb.

Tarix
2016.03.14 / 11:43
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Yeni ombudsman bu gün seçiləcək

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla