Yuxarı

“Teleqraf” bağlandı - Aynur Camalqızıdan açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Teleqraf” bağlandı - Aynur Camalqızıdan açıqlama

Çap mediasının qeyri-populyar olduğu, kağızın qiymətinin bahalaşdığı bir məqamda "Gündəlik Teleqraf" qəzetinin nəşrinin dayandırılmasını məqbul saydıq.

Bu sözləri "Gündəlik Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı "Gündəlik Teleqraf" qəzetinin bağlanması ilə bağlı Axar.az-a açıqlamasında səsləndirib.

A.Camalqızının sözlərinə görə, hazırda bütün ölkədə idarəetmədə daha çevik mexanizmlər hazırlanır və perspektivli sahələrin inkişaf etdirilməsi prioritetə çevrilib:

"Onlayn medianın çap mediasını bir neçə dəfə üstələdiyini və çevikliyi, informasiya operativliyi baxımından hətta televiziyaları qabaqladığı bir zamanda biz də media qrupuna daxil olan saytların imkanlarını genişləndirmək, ənənəvi mediadan imtina etmək qərarı verdik. Bildiyiniz kimi, onlayn media dünyanın istənilən yerindən əlçatandır və ölkə həqiqətlərinin təbliğ edilməsində müstəsna rol oynayır. Cənab Prezident İlham Əliyev də medianın 140 illik yubileyindəki çıxışında onlayn medianın imkanlarını yüksək qiymətləndirdi və ana dilində olan saytların xarici dillərdə versiyalarının fəaliyyət göstərməsini tövsiyə etdi. Bu tövsiyəyə uyğun olaraq, hazırda media qrupumuza daxil olan Axar.az saytının rus və ingilis versiyaları da mövcuddur. "Gündəlik Teleqraf" qəzetinin onlayn versiyası olan Teleqraf.com, həmçinin fəaliyyətə başladığı ilk gündən böyük oxucu auditoriyası qazanan Publika.az-ın imkanlarını da genişləndirməkdə davam edirik".

A.Camalqızı müəyyən struktur islahatları aparıldığını da bildirib:

"Bütün islahatlar əlbəttə ki, saytlarımızın daha çevik, mobil və operativ işləməsi üçündür və hazırkı vəziyyətə uyğun buna da nail olacağıq".

Tarix
2016.03.14 / 16:33
Müəllif
Axar.az
Digər xəbərlər

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla