Yuxarı

Əri Suriyada ölən qadın şok adlar açıqladı - Video/Stenoqram

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əri Suriyada ölən qadın şok adlar açıqladı - Video/Stenoqram

Suriyaya gedən 34 yaşlı Soltan Mirzəyevin həyat yoldaşı "Meydan TV"yə danışıb.

Vəhabinin xanımı Mətanət Mirzəyeva həyat yoldaşı ilə əlaqədar maraqlı müsahibə verib. O deyib ki, Soltan Mirzəyev məscidlərə gedirdi. Orada olanlar ona Hacı Qamətlə (ilk sinif öyrətməni olaraq qeyd edir. – red.) tanış ediblər:

Onların burada bu kitabları satdıqları yerlər var

"Sonradan Elxan Musayev adında birisi çıxdı. Daha sonra Əbuzər ləqəbində birisi. Artıq yavaş-yavaş, yavaş-yavaş Alixan Musayevin kitabını oxudu. Alixan Musayevin Quran tərcüməsi, hədis tərcüməsi var. Başladı onu oxumağa. Onların burada bu kitabları satdıqları yerlər var. Ala bilmirsənsə, özləri verirlər.

Bu cür təbliğatı məscidlərdə aparmırlar

Mətanət xanım həmçinin bildirib ki, həyat yoldaşı bir müddət sələfilərlə görüşürdü:
"Sələfilərlə görüşdüyü zaman onun telefonuna dini dərsliklər, videolar, şəkillər yükləyirdilər. Vəhabilər hərf tanımayanlar üçün bu cür təbliğat aparırlar".

Xanım bildirir ki, bu cür təbliğatları məscidlərdə aparmırlar. Daha çox fərdi şəkildə görüşməyə üstünlük verirlər:
"İndiyə kimi maraqlanmırlar bunlarla? Niyə araşdırmrlar? Bax, Qaraçuxur məscidinə, Qala məscidinə toplaşırlar. Məscidə getməkdə problem yoxdur. Əlhəmdüllah, namaza gedirlər. Ancaq nəyə görə demirlər ki, məscidin qabağında kafelər açırsınız, mağazalar açırsınız? Bunun pulu haradan gəlir? Kim sizi maliyyələşdirir? Dindar bir adam, savadlı bir adam gedib araşdırsın ki, bunların təbliğat kitablarının içində nələr yazılıb? Necə beyinlərini doldururlar?

Belə cahil-cahil videolarla beyin yuyurlar

Bu məsciddə oturan Qaməti, Elxanı, Əbuzəri araşdırsınlar. Telefondan telefona köçürürlər videolarını. Axırıncı dəfə video gətirib göstərdi – Əfqanıstan döyüşçüləri. Əllərində avtomat, Quran. Axırda da göstərirlər ki, bunlar öldü. Üzünü pudralayıb, "kraskalayıb şəkil çəkirlər ki, guya bu adam gülərək öldü, şəhid oldu. Belə cahil-cahil videolarla beyin yuyurlar. Bu şöhrət xatirinə insanları aparırlar ki, şəhid olacaqsan, cənnətlik olacaqsan. Guya bu camaatdan başqa heç doğru deyil və bu camaatdan başqa heç kim cənnətə girməyəcək".

Daha ətraflı videoda:

Tarix
2014.02.13 / 15:13
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla