Yuxarı

Təxribatçı rus jurnalistləri Azərbaycandan qovuldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təxribatçı rus jurnalistləri Azərbaycandan qovuldu

Rusiyanın "Layfnyus" telekanalının çəkiliş qrupu Azərbaycandan deportasiya olunub.

Virtualaz.org bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun dediyinə görə, telekanalın jurnalistləri Azərbaycanda heç bir rəsmi akkreditasiya olmadan çalışıblar və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təxribat xarakterli, yalan məlumatlar yayıblar.

"Onlar Azərbaycana qarşı təxribatla məşğuldular, Dağlıq Qarabağ münaqişəsi barədə yanlış məlumatlar yayırdılar. Bunu nəzərə alaraq həmin jurnalistlərin ölkəmizin ərazisində olması qeyri-qənaətbəxş sayılıb", - H.Hacıyev deyib.

Qeyd edək ki, "Layfnyus" telekanalının çəkiliş qrupunun Tərtərdən hazırladığı reportaj təxribatlara yol vermişdi. Rayon sakinlərinin birindən müsahibə alan telekanal onun sözlərini rus dilinə tamam başqa variantda tərcümə edib. Televiziya rayon sakininin sözlərini ermənilərin hər gün atəş açdığını, guya bu müharibənin onlara lazım olmadığını, bu gecə əhalinin avtomobillərdə gecələmək üçün rayon çıxışına daha çox maşınlarla gələcəyi kimi tərcümə edib.

Bu telekanalın rəhbəri erməni Aşot Qabrielyandır.

Tarix
2016.04.05 / 11:43
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla