Yuxarı

Deputat ermənilərin öldürdüyü Turanədən yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat ermənilərin öldürdüyü Turanədən yazdı

Ön cəbhə rayonumuz Tərtərdə Ermənistan silahlılarının atəşkəsi pozaraq hədəf alıb qətlə yetirdiyi 16 yaşlı Turanə Həsənlinin yeddi mərasimində iştirak etdik, əzizlərinə başsağlığı verdik və səbr dilədik.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva qələmə alıb. O, Ermənistanın heç vaxt öz çirkin niyyətlərindən əl çəkmədiyini qeyd edib:

"Ermənilər mülki vətəndaşlara qarşı insanlıqdan kənar əməllərindən əl çəkmirlər. Turanə Kəlbəcərin Ermənistan tərəfindən işğalı nəticəsində öz evindən köçkün düşmüş bir ailənin övladıdır. Amma işğalçı Ermənistan onu burada da rahat yaşamağa qoymadı. Onun mərmi zərbəsindən anasının gözü qarşısında hansı vəziyyətə düşməsini eşidəndə insanın ürəyi parçalanır. Övladı gözləri önündə faciəli şəkildə həlak olan ana üçün bunun qədər böyük bir dərd yoxdur. Ailə doğma torpaqlarından heç yerə getməyəcəklərini, Azərbaycan Ordusuna inandıqlarını bildirdi. Ermənistanın mülki vətəndaşlarımıza qarşı törətdiyi cinayətləri və son 10 gündə qətlə yetirdikləri insanlarımızla bağlı məsələləri bütün dünyaya daha geniş duyurmalıyıq. Beynəlxalq təşkilatlar qarşısında bu istiqamətdə məsələlər qaldırmaqla yanaşı, beynəlxalq QHT, KİV-lərə daha çox məlumat çatdırmaq üçün hərəkətə keçməliyik. Bununla Ermənistanın, erməni diaspor, lobbi və havadarlarının Azərbaycan əleyhinə apardıqları böhtan təbliğatına qarşı daha fəal mübarizə apara bilərik".

Tarix
2016.04.11 / 18:05
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

Ceyhun Bayramov Tailanda getdi

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla