Yuxarı

TQDK ləğv edildi: qəbul prosesi necə olacaq? – Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni yaradılmış Dövlət İmtahan Mərkəzi bir çox məsələlərdə Təhsil Nazirliyi ilə razılaşmalı olacaq. Təhsil Nazirliyi istər plan yeri, istər qəbul imtahanlarının gedişi ilə bağlı artıq öz sözünü deyə biləcək.

Bunu Axar.az-a Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılmasını şərh edən təhsil üzrə ekspert Kamran Əsədov deyib.

O, test imtahanının əvvəlki kimi qalacağını bildirib:

"Burada söhbət TQDK-nın yox, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın ləğvindən gedir. TQDK isə yeni bir ad altında əvvəlki funksiyalarını yerinə yetirir. Yeni qurumun nizamnaməsi ilə TQDK-nın nizamnaməsi demək olar, eynidir. Test imtahanı yenə əvvəlki kimi qalacaq. Amma burada müəyyən yeniliklər də var. Yeni qurum bir çox məsələlərdə Təhsil Nazirliyi ilə razılaşmalı olacaq. Təhsil Nazirliyi istər plan yeri, istər qəbul imtahanlarının gedişi ilə bağlı artıq öz sözünü deyə biləcək".

Ekspertin sözlərinə görə, bu qərar dövlət qulluğuna qəbulda şəffaflığı artıracaq:

"Dövlət qulluğuna qəbul iki hissədən - müsabiqə (test –red.) və müsahibədən ibarətdir. Son 15 il ərzində cəmi 4 faiz adam dövlət qulluğuna qəbulun ikinci mərhələsindən keçə bilib. Yəni bu qurumun ikinci mərhələ imtahanları obyektiv deyildi və çox qeyri-formal tələblər vardı".

Kamran Əsədov bu il baş tutacaq qəbul imtahanlarının taleyinə də aydınlıq gətirib:

"Artıq valideynlər narahatdır və dünən axşamdan məsələ ilə bağlı əlaqə saxlayırlar. Abituriyent jurnalları dərc olunub və sınaq imtahanları keçirilib. Qəbul imtahanlarının başlamasına az qalıb. Builki qəbul prosesində heç bir dəyişiklik olmayacaq. Bütün funksiyaları TQDK həyata keçirəcək".

Ekspert yeni yaradılan qurumun müsbət effekt verəcəyini bildirib:

"İnanmıram ki, TQDK rəhbərliyi və onun kadrları dəyişdirilsin. Çünki onlar artıq işlərini bilirlər. Sadəcə, təkmilləşdirməyə ehtiyac var. Yeni qurumda direktorlar şurasının olması önəmlidir. Bu, dünyada olan praktikadır. TQDK-nın adında "tələbə" olsa da, orta məktəblər, magistratura, rezidentura, hüquq mühafizə orqanları və başqa qurumlar üçün qəbul imtahanları keçirirdi. Lakin artıq bunu Dövlət İmtahan Mərkəzi tətbiq edəcək".

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Tarix
2016.04.12 / 12:43
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Sülh sazişi ilə bağlı müzakirələr tamamlanıb - Əmirbəyov

Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir...

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?

Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir

Xankəndidə Şimali Kipr bayrağının asılması... - Tatar

Əliyevlə danışdım: Suriya ilə bağlı buna hazırdır

Ərdoğandan Bakı-Moskva gərginliyinə münasibət

Əliyev buna çox önəm verir: Zəngəzur dəhlizi açıldığı zaman...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Türkiyədən Rusiyaya sərt siyasi mesaj: Koalisiyaya qoşuldu!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla