Yuxarı

Şəhid məzarı üstə qandonduran məktub - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid məzarı üstə qandonduran məktub - Foto

Aprelin 4-də Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olan Müşfiq Orucovun naməlum sevgilisi onun məzarı üstünə məktub qoyub.

Axar.az xəbər verir ki, şəhid məzarını ziyarət edən insanlar qəbir üstə tər güllər, onun yanında isə saqqız və məktub görüblər. Heç kəsin tanımadığı gənc qızın yazdığı və qəbir üstə qoyduğu məktub ziyarətə gələnləri duyğulandırıb.

Məktubda heç vaxt canlı olaraq görüşməyən, sosial şəbəkədən bir-birlərinə mehir salan iki gəncin nakam taleyi əks olunub:

"Müşü, bax gəlmişəm. Deyirdin, səni görmək istəyirəm. Gəldim. Yadındamı, söz vermişdin ki, nə vaxt görüşsək, saqqız alacaqsan mənə. Sənə almaq qismət olmadı, bax, mən aldım sənə. Darıxıram səninçün. Səsin, gülüşün getmir qulaqlarımdan. Səni heç vaxt unutmayacam! Həmişə gecə yuxusuzluqdan şikayət edərdin. İndi rahat yat, Müşüm. Sənsizlik ağır idi, amma bilirdim ki, yaşayırsan. İndi daha ağır gəlir sənsizlik, indi daha ağırdı... Məkanın cənnət olsun, Müşü. Qəlbimdə əbədi yaşayacaqsan.

Tanımadığın tanışın..."

Qeyd edək ki, ailənin tək oğul övladı olan Müşfiq Orucov Azərbaycan Texniki Universitetinə ən yüksək balla - 700 bal toplayaraq daxil olmuşdu.

Tarix
2016.04.14 / 22:06
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ərdoğan Azərbaycana gəldi

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı - Video

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Xankəndidə Zəfər Muzeyi olacaq - Prezident

Sərvətlərimiz talandı, məscidlər təhqir olundu

İşğal dövründə dəfələrlə bəyan edirdim... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla