Yuxarı

Ruslar Kiyevi alsa belə, Zelenski buna getməyəcək!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ruslar Kiyevi alsa belə, Zelenski buna getməyəcək!

Rusiyanın şərtləri ilə müharibə bu gün də başa çata bilər. Bu, tam kapitulyasiya və Ukraynanın müstəqil dövlət kimi mövcudluğunu dayandırması olacaq.

Bunu Axar.az-a açıqlamasında ukraynalı ekspert Ənvər Derkaç Zelenskinin 2025-ci ildən gec olmayaraq müharibəni bitirmək istəməsi ilə bağlı son xəbərləri şərh edərkən deyib.

“Lakin Zelenski heç vaxt buna razı olmayacaq - ruslar Kiyevi alsa belə. Ukraynada cəmiyyət belə münasibətlərdə dövlətin yanındadır. Hakimiyyətin hərəkətləri ilə cəmiyyətin gözləntiləri arasında kəskin uyğunsuzluq yaranarsa, hakimiyyət yıxılacaq. Buna görə də Zelenskinin Rusiya ilə kompromis addımları hərbi çevrilişə səbəb ola bilər. Bu, artıq Ukraynanın mövcudluğu üçün real təhlükə olacaq. Müharibə şəraitində belə güclü və qəddar düşmənə uğurla müqavimət göstərmək ancaq cəmiyyət-dövlət birliyini qoruyub saxlamaqla mümkündür”, - o vurğulayıb.

Kiyevin ABŞ-dan təhlükəsizlik zəmanəti və AB-yə daxil olmaq müqabilində ərazilərin itirilməsini tanımadan cəbhə xətti boyunca atəşkəsə hazır olması barədə iddialara münasibət bildirən Derkaç Rusiyanın belə bir kompromisə hazır olmadığını vurğulayıb:

“Bu, əsas maneədir. Qərb də dərin düşüncədədir. Ona görə də müharibə gələn il də davam edəcək, hətta ruslar Dneprə çatsa belə. Ukraynalılar üçün bu müharibə xalq, millət olaraq yaşamaq məsələsidir. Təslim olmaq - mövcudluğu dayandırmaq deməkdir. Ukrayna xalqında həyatı qorumaq instinkti həmişə güclü olub. Əvvəllər bu, istənilən şəraitdə uyğunlaşmaq və yaşamaq qabiliyyətində özünü göstərirdi. İndi dövlətində otuz ildən çox yaşayıb, müharibədə on minlərlə kişi və qadın itirib, təslim olmaq və yenidən işğalçının iradəsinə uyğunlaşmaq ölüm demək olardı. Ukraynada insanların çoxu bunu başa düşür”.

Tarix
2024.10.15 / 08:00
Müəllif
Ruslan, Zeynəb
Digər xəbərlər

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

Azərbaycan dəmir yolu Ermənistana açıqdır – Paşinyan

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

İqlim dəyişikliyinin əsas səbəbi budur - Ekoloq

Qurbanovdan mərhum atası haqda duyğusal yazı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla