Yuxarı

Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçli “ekofəal” Qreta Tunberq Ermənistandan sonra bu dəfə də Türkiyəyə səfər edib. O, İstanbula gedərək oradan kürdlərin çoxluq təşkil etdiyi şərq bölgəsinə keçib. Diyarbəkirə yollanan Qreta burada PKK terror təşkilatının siyasi qolu hesab edilən DEM Partiyasının üzvləri ilə görüşüb.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, “ekofəal”ın buradan paylaşımı Türkiyə ictimaiyyətində ciddi narazılıq yaradıb.

O, ölkənin şərq bölgəsini “Kürdüstan” adlandırıb və bu əraziyə muxtariyyət verilməsini tələb edib. Qreta həmçinin Türkiyədə kürdlərin guya təzyiqə, “qırğınlara” məruz qaldığını, assimilyasiya olunduqlarını iddia edib. Bütün bunlarda isə Türkiyə rəhbərliyini günahlandırb.

“Ekofəal” PKK terror təşkilatının fəalliyyətini “azadlıq hərəkatı” kimi təqdim edib. Həbsdəki terrorçuların azad olunmasını tələb edib, onları “azadlıq istəyən siyasi məhbuslar” adlandırb.

Qreta Tunberqin paylaşımı Türkiyə ictimaiyyətində ciddi narazılığa səbəb olub. Onun provakasiya ilə məşğul olduğu, xaricdən pul alaraq Azərbaycandan sonra Türkiyəni hədəf seçdiyi bildirilib.

Qeyd edək ki, Q.Tunberq bir müddət öncə Ermənistana gedib. O, burada qondarma “erməni soyqırımı” abidəsini ziyarət edib. Azərbaycanı ermənilərə qarşı “etnik təmizlik”də günahlandırıb. Daha sonra onun 2020-ci ildə erməni əsilli britaniyalı biznesmen Kalust Sərkis Gülbenkyanın fondundan “təbiətin mühafizəsi” adı altında 1 milyon avro “mükafat” aldığı ortaya çıxıb.

Tarix
2024.11.28 / 14:26
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın mediası bunu hər şeydən uca tutmalıdır - Əliyev

İrakli Kobaxidze Ceyhun Bayramovla görüşdü

İnformasiya məkanında qazandığımız zəfər... - Prezident

Azərbaycan-Türkiyə hərbi memorandum imzaladı - Video

Milli mətbuatın 150 illiyi ilə bağlı rəsmi tədbir keçirildi

Qafqazda böyük əks-səda doğuran bu tarixi hadisə... - Əliyev

İlham Əliyevdən Milli Mətbuatın 150 illiyi ilə bağlı təbrik

Zakir Həsənov Ərdoğanla tədbirdə - Foto

Bayramov Gürcüstan prezidenti ilə görüşdü

Təyyarə qəzası: Baş prokuror mühüm məlumatı açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla