Yuxarı

İran xalqının milyardlarını Əsədə niyə yedirtdiniz?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çağdaş tarixdə Bəşər Əsəd yarım əsrdən artıq bir hakimiyyətin davamçısı və son on dörd ildə İran (və sonradan Rusiyanın) qəti dəstəyi ilə öz xalqını öldürən lider kimi yadda qalacaq.

O, milyonlarla insanı evsiz və köçkün etdi, yüz minlərlə günahsız insanı öldürdü və on minlərlə Suriya vətəndaşını və müxalifətini qorxunc zindanlarda işgəncəyə məruz qoydu.

Müəmmər Qəzzafi ərəb liderlərinin görüşlərinin birində gücünün zirvəsində olan Liviya, Misir, Tunis və Suriyanın növbəti hədəf olacağını bildirəndə və bir növ soydaşlarına xəbərdarlıq edəndə, gənc Bəşər Əsəd təkəbbürə gülümsəyirdi.

Mühafizəkar polkovnik Müəmmər Qəzzafi, digər ərəb liderləri kimi, diplomatik etiketə əməl etmirdi. Zülmkarlığından və avtokratiyasından asılı olmayaraq, bəzən sadə görünən, amma dürüst və düzgün olan şeylər deyirdi.

2008-ci ildə Dəməşqdə ərəb liderlərinin görüşündə Səddamın edamına toxunarkən demişdi ki, ərəb liderlərini edam edirlər, öldürürlər?

Sonra zalda əyləşən ərəb liderlərinə müraciət edərək demişdi ki, növbə sizindir!

Qəzzafi səbəbin arxasınca getmədi, getsəydi, bəlkə də özünü qoruya bilərdi. Onun gülən həmkarları isə nə həmin gün, nə Qəzzafi öldürüldükdən sonra belə bir aqibətlə qarşılaşacaqlarını düşünürdülər.

Səddamın edamından dərs almadıqları faktdır. Təbii ki, Səddam və digər liderlər xalqın dəstəyindən məhrum olduqdan sonra edam edildi və ya uzaqlaşdırıldılar. Xalqın dəstəyi daim hakim dairələrin istənilən təxribatdan qorunması və sağ qalması üçün yeganə təminat sayılır.

Fakt budur ki, iqtidar və güc o qədər kor və kardır ki, diktatorlar həqiqətləri görə bilmir. Görəndə isə çox gec olur - yalnız yıxılma vaxtı çatanda faktları görməyə və dərk etməyə başlayır.

Suriyada törədilən cinayətlərə və günahsız insanların öldürülməsinə görə məsuliyyət Əsəd ailəsinin üzərində olsa da, üzqaralıq İran liderlərinə qaldı.

İslam Respublikası 14 il ərzində İran xalqının pulunu Əsədin hakimiyyətini saxlamaq üçün xərcləyib. İranlıların itirdiyi təkcə milyardlarla dollar vəsait deyil, həm də Yaxın Şərq tarixində üzərlərində daşıyacaq qara bir ləkədir.
Gələcək nəsillər Əsəd ailəsinin cinayətlərindən danışarkən İranın və iranlıların bu cinayətlərdə şərik olduğunu deyəcəklər.

İran xalqı Suriya xalqının qanının axıdılmasında liderləri qədər günahkardır. 14 il “müqəddəs hərəm”in müdafiəsi şüarına inanırdılar, indi isə rejimin “Suriya xalqı öz müqəddəratını özü təyin etməlidir” yalanlarına inanacaqlar.

Soruşan yoxdur ki, əgər Suriyanın taleyini suriyalılar özləri müəyyənləşdirəcəkdilərsə, niyə İranın sərvətini Əsəd kimi diktatorun qucağına tökürdünüz? Suriya xalqının arzularının viranəsi üzərində zülm sarayını tikəndə niyə “müqəddəratını təyinetmə” yadınıza düşmürdü?

Niyə görəsən iranlılar öz hakimlərindən 14 il Suriya xalqının qanını tökməsinin səbəbini soruşmurı? Qonşusu olmayan bir ölkəyə niyə müdaxilə etdiyini sorğulayan yoxdur.

İndi kimsə yenə də soruşmur ki, əgər sizin ən haqlı səbəbiniz “İŞİD-lə mübarizə” idisə, elə bir iş gördünüz ki, İŞİD-in keçmiş üzvləri indi bütün Suriyaya hökmranlıq edir və xalq onlara duaçıdır!

İran xalqının öz liderlərindən soruşa bilmədiyi bir çox sual var. Bəlkə də heç vaxt soruşmağı bacarmayacaqlar. İranlıların siyasi şüuru hələ millət səviyyəsinə yüksəlməyib. İran xalqının düşüncə tərzi və dünyagörüşü hələ də qəbilə və tayfa təfəkkürü səviyyəsindədir.

İraq xalqı - Əfqanıstan və əksər ərəb və islam ölkələri kimi, zamanın oyunlarından və başlarına gələcəklərdən xəbərsiz yaşayan insanlar toplusudur. Bu səbəbdən hər hansı bir diktator tərəfindən rahatlıqla idarə olunurlar. Və bundan da məmnundurlar. Narazılar isə azlıqda olduğundan hakimiyətin zülmündən məhv olub gedir.

Tarix
2024.12.12 / 09:00
Müəllif
Əlirza Zamani
Digər xəbərlər

Danışıqlarda üçüncü ölkəyə ehtiyac yoxdur - Hacıyev

Əsəd rejimi Azərbaycana problem yaradırdı - Hacıyev

İrəvanın silahlandırılmasının arxasında duran əsas qüvvə...

Hacıyev onlara Bakının siyasəti ilə bağlı məlumat verdi

Blinkenə cavab: Azərbaycanın daxili işlərinə müdaxilə...

Bu halda SEPAH 45 min ordu ilə Zəngəzura girəcək - Badalyan

Hər bir azərbaycanlının qürur mənbəyi, dövləçiliyimizin rəmzi!

SEPAH generalı və zabitlər ABŞ səfirliyinə sığındı – Təcili

Mehriban Əliyevadan anım günü ilə bağlı paylaşım - Foto

Heydər Əliyevin vəfatından 21 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla