Yuxarı

Onlar öz arzuları ilə hərbi xidmətə çağırıla bilərlər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilən vətəndaşlar öz arzuları ilə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırıla bilərlər.

Axar.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər:

- fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar;

- sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar;

- 35 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar;

- alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar;

- Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər.

Layihəyə əsasən, dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər:

- fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar;

- sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar;

- 30 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar;

- alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar;

- Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilənədək və ya Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınanadək (doğulduğu anda hər iki valideyni Azərbaycan Respublikasının vətəndaşı olmuş şəxslər istisna olmaqla) əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər.

Yenilik isə odur ki, həmin vətəndaşlar həqiqi hərbi xidməti istisna edən əsaslar olmadıqda öz arzuları ilə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırıla bilərlər.

Layihəyə əsasən, aşağıdakı vətəndaşlar isə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi qeydiyyatdan çıxarılırlar:

- həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış çağırışçılar;

- ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş çağırışçılar;

- Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmiş şəxslər.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Tarix
2024.12.27 / 11:39
Müəllif
Axar.az
Digər xəbərlər

Türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq - Foto

Rusiya gizlətməyə çalışır – məsələyə Türkiyə qarışdı

Quterreşin müavini Azərbaycana başsağlığı verdi

Dubaydan Moskvaya uçan təyyarə Bakıya eniş etdi - Təcili

Həyatında ilk dəfə təyyarəyə mindi, onda da qəzaya düşdü

Qardaş Azərbaycanın yanındayıq - Hakan Fidan

Anladıq, yanlışlıqla vurublar: bəs, niyə enişə izn verməyiblər?

Rus ekspert: Şübhəsiz ki, təyyarəni Rusiya vurub!

Rusiya XİN təyyarə qəzası ilə bağlı bu xəbəri təkzib etdi

Təyyarə buna görə qəzaya uğrayıb - AZAL

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla