Ana səhifə Toplum |
BMT Baş katibi Antonio Quterreş “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin hansı səbəbdən qəzaya uğraması ilə bağlı araşdırmanın nəticəsini gözləyir.
Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Baş katibin sözçüsünün müavini Florencia Soto Nino bildirib.
O qeyd edib ki, Baş katib faciəvi təyyarə qəzasının səbəblərini müəyyən etmək üçün araşdırmaların aparıldığından məlumatlıdır:
“Biz Qazaxıstan Respublikasının hakimiyyət orqanlarının Azərbaycan Respublikası ilə əməkdaşlıq çərçivəsində faciəli hadisənin səbəblərini müəyyən etmək üçün araşdırmaya başladığını qeyd edirik. Nəticəni gözləyərkən Baş katib bir daha qurbanların ailələrinə və zərər çəkmiş xalqlara dərin hüznlə başsağlığı və başsağlığı verir”, - sözçü bildirib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Rusiya indiyə qədər Azərbaycandan üzr istəməyib və təyyarənin enişinə icazə verməyən şəxsləri məsuliyyətə cəlb etməyib.
Tarix
2024.12.27 / 22:33
|
Müəllif
Axar.az
|