Yuxarı

Qəza ilə bağlı bu məlumat yalandır! - Sağ qalan bələdçi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəza ilə bağlı bu məlumat yalandır! - Sağ qalan bələdçi

Təyyarənin salonunda qaz balonunun partlaması versiyası ağlasığmazdır, yalandır.

Axar.az xəbər verir ki, bunu APA-ya açıqlamasında təyyarə qəzasında sağ qalan təyyarə bələdçisi Zülfüqar Əsədov deyib.

O qeyd edib ki, təyyarənin salonunda hər hansı bir şey, hətta oksigen balonu belə partlasa, təyyarə həmin an parçalanardı.

"Təyyarənin salonuna qaz balonu keçirmək mümkün deyil. Hava limanında bütün yüklər, o cümlədən əl yükləri yoxlanılır", - deyə o bildirib.

Zülfüqar Əsədov qeyd edib ki, təyyarəyə bayırdan təsir olub, təyyarəyə nəsə dəyib, kənardan salona keçən yad cisim onun qolunu yaralayıb.

Qeyd edək ki, AZAL-ın qəzaya uğramış təyyarəsinin salonunda qaz balonunun partlaması barədə Rusiya və digər ölkələrin informasiya resurslarında versiyalar səsləndirilir.

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Tarix
2024.12.27 / 14:29
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla