Ana səhifə Gündəm |
Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Axar.az xəbər verir ki, başsağlığı məktubunda qeyd olunur:
“Cənab Prezident.
Dekabrın 25-də Bakı-Qroznı reysi ilə hərəkət edən Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar Rumıniya vətəndaşları və hökuməti adından Sizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmalarını diləyir, həmçinin xalqınızla həmrəy olduğumuzu bildirirəm.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Tarix
2024.12.28 / 20:33
|
Müəllif
Axar.az
|