Yuxarı

İstehsalçılar unun qiymətini açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstehsalçılar unun qiymətini açıqladı

Azərbaycanda hazırda 50 kq-lıq unun son topdansatış qiymətləri 27-28,20 manat arasında dəyişir.

Axar.az İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, bazara təqdim olunan ən bahalı un "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus undur. Bu marka altında bazara çıxarılan unun 50 kq-lıq satış qiyməti 28.20 manat təşkil edir.

Ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC-nin bazara çıxardığı undur - 26 manatdır.

"Anadoluqida" və "AVETA" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,15 manat, "Bakı Taxıl Terminalı", "Dəniz un sənayesi LTD", "Karmen", "Orxan UN", "Xırman", “SKY AGRO” MMC-lər, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "PAK-NUR" FİRMASI və "Səma" fərdi firmalarına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,05 manat təşkil edir.

Son hesabata əsasən istehsalçılar arasında ən ucuz un "Dəvəçi-Taxıl" MMC-yə məxssusdur.Şirkətin bazara çıxardığı 50 kq-lıq un kisənin satış qiyməti 26 manatdır.

Qeyd edək ki, istehsalçılar ötən ilin noyabrından başlayaraq un qiymətlərini artırıblar. 2024-cü ilin yanvar-oktyabr aylarında unun 50 kq-lıq satış qiyməti 26,6 manat təşkil edirdisə, noyabrdan un 27 manatdan yuxarı satılır.

Tarix
2025.01.10 / 10:26
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı İrandakı azərbaycanlılara müraciət etdi

İrana zərbələr: Bir Azərbaycan vətəndaşı yaralanıb

Xameneinin ölümü: İranda 40 günlük matəm elan olundu

Tramp Xameneinin öldüyünü elan etdi - Təcili

İran rəsmən Xameneinin öldüyünü təsdiqləyəcəkmi?

İrandan 12 Azərbaycan vətəndaşı, 1 italiyalı təxliyə edildi

Xamenei artıq yoxdur - Netanyahudan sensasiya

Tramp İrana zərbələri birbaşa izləyir - Foto

İrana inanılmaz zərbələr endirilir - Bu, “12 günlük” deyil!

Rəsmi Bakıdan çağırış: Danışıqlara qayıdın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla