Yuxarı

Tramp ciddi riskə gedir: Böyük müharibə başlaya bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp ciddi riskə gedir: Böyük müharibə başlaya bilər

ABŞ-ın İranda həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyat ABŞ Prezidenti Donald Trampın siyasi irsini müəyyən edə biləcək bir məqam ola bilər.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyinin yaydığı məqalədə bildirilib.

Qeyd olunub ki, Amerika lideri 2025-ci ildə vəzifəyə başladıqdan bəri xarici siyasətdə ən böyük riskə gedir.

Bir çox ekspertin fikrincə, ABŞ-ın İrandakı əməliyyatı uzanan münaqişəyə çevrilə və regionda genişmiqyaslı müharibəyə səbəb ola bilər. Həmçinin Tramp qarşısına çətin bir məqsəd qoyub – Tehranda rejim dəyişikliyi. O hesab edir ki, hava zərbələri xalq üsyanına səbəb ola və İran rəhbərliyini devirməyə gətirib çıxara bilər.

“Amerikalıların əksəriyyəti səhər oyanaraq soruşacaqlar: Biz niyə İranla müharibə aparırıq, bu müharibənin məqsədi nədir və niyə Yaxın Şərqdəki Amerika bazaları hücuma məruz qalır?” – deyə Pentaqonun keçmiş yüksək vəzifəli rəsmisi və ABŞ-ın İsraildəki keçmiş səfiri Daniel Şapiro jurnalistlərə bildirib.

Agentlik vurğulayır ki, Trampın İrana yönəlik xüsusi diqqəti onun ikinci prezidentlik müddətinin əvvəlindən etibarən xarici siyasətin, o cümlədən hərbi gücdən geniş istifadənin gündəliyində birinci yerə çıxmasının ən bariz nümunəsidir. Jurnalistlər qeyd edirlər ki, ABŞ prezidenti ölkənin daxili problemlərinə daha az diqqət ayırır.

Həmçinin qeyd edilir ki, ABŞ-ın İranda həyata keçirdiyi hərbi əməliyyat, görünür, Tehranla diplomatik danışıqlar üçün qapını bağlayıb. Cümə axşamı Cenevrədə keçirilən son nüvə danışıqları raundu, ehtimal ki, irəliləyişlə nəticələnməyib.

Tarix
2026.03.01 / 10:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Türk gəmisi vuruldu: 22 ekipaj üzvü...

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

Azərbaycanla möhkəm münasibətlər qurmalıyıq - Zelenski

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

Ceyhun Bayramov yeni səfirlə görüşdü

2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

Azərbaycana düşmən olanı Bakıya kim gətirir?

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla