Yuxarı

Bu rayonlara qar yağdı – Faktiki hava

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu rayonlara qar yağdı – Faktiki hava

Saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a bildirilib ki, qarın hündürlüyü Şahbuzda 39, Xınalıq, Qrızda 31, Şəkidə 30, Zaqatalada (Əlibəy) 29, Qusar (Laza) 22, Şahdağda 18, Lerikdə 15, Xaltanda 14, Qax (Sarıbaş), Daşkəsəndə 13, İsmayıllı (İvanovka), Qəbələdə 10, Qubada 9, Gədəbəydə 8, Altıağac, Yardımlı, Oğuzda 5, Qobustanda 4 sm, Şamaxı, Göygöldə 2 sm-dir.

Yağıntının miqdarı Göyçayda 15, Balakəndə 12, Şahbuzda 10, Tovuz, Şabranda 8, Ağstafada 5, Mingəçevir, Goranboyda 4, Bakıda və Abşeron yarımadasında, eləcə də Şəmkir, Kürdəmir, Lənkəran, Astara, Ağdamda 3, Naxçıvan, Gəncə, Tərtərdə 2, Ceyrançöl, Culfa, Ordubad, Naftalan, Ağsu, Bərdə, Yevlax, Sabirabad, Neftçalada 1 mm-dir.

Şərq küləyi əsib, küləyin maksimal sürəti Neftçalada 20, Naftalanda 18, Biləsuvarda 16 m/s-dək güclənib.

Daşkəsən, Göygöl, Balakən, Sarıbaş (Qax), Şəki, Şamaxı, Qobustan, Qrız, Göyçayda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR 1, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta qeydə alınıb.

Tarix
2026.03.01 / 11:21
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla