Yuxarı

Azərbaycan İsrailin təhlükəsizliyi üçün niyə vacibdir? - Kedar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan İsrailin təhlükəsizliyi üçün niyə vacibdir? - Kedar

Azərbaycan İsrailə dost ölkə olmaqla yanaşı, ABŞ-dan sonra ikinci ən əhəmiyyətli müttəfiqidir.

Axar.az xəbər verir ki, bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar ABŞ-ın “Jewish News Syndicate” nəşrində dərc olunmuş “Azərbaycan İsrailin təhlükəsizliyi üçün niyə vacibdir?” adlı məqaləsində yazıb.

Qeyd edilib ki, Azərbaycanla İsrail arasındakı münasibətlər qarşılıqlı hörmət və dostluq əsasında formalaşıb və bu, iki ölkə arasında birgə fəaliyyət, strateji əməkdaşlığın rəmzinə çevrilib. Bildirilib ki, həm Azərbaycan, həm də İsrail üçün faydalı olan bu dostluq əlaqələrini qiymətləndirməmək olmaz.

Müəllifin fikrincə, Azərbaycan İsrailin Qərb müttəfiqlərindən fərqli olaraq, İsrail-Fələstin münaqişəsinə yanaşması ilə seçilir. Demək olar ki, bütün Qərb ölkələri İsrail terror aksiyalarına cavab verdiyi hallarda belə ona Fələstinlə bağlı təzyiq göstərsə də, Azərbaycan heç vaxt İsrail-Fələstin münaqişəsinin onun İsraillə münasibətlərinə mənfi təsir etməsinə imkan verməyib.

1990-cı illərin əvvəllərindən Azərbaycanın İsrailin enerji təhlükəsizliyinin əsas təminatçısı olduğu xatırladılıb. Azərbaycanın İsrailə verdiyi neftin bu ölkənin enerji təhlükəsizliyi üçün önəmli olduğu vurğulanıb. Lakin bu tərəfdaşlıqdan yalnız İsrailin faydalanmadığı, Azərbaycanın da İsrail məhsullarını daima aldığı, 2000-ci illərin sonundan Azərbaycanın İsrailin ən böyük silah idxalçısına çevrildiyi diqqətə çatdırılıb.

Məqalədə Azərbaycanın İsrail üçün başqa bir sahədə, yəni Yerusəlim və Ankara arasında vasitəçilikdə də əvəzsiz olduğu qeyd edilib. Müəllif Türkiyə və Azərbaycan xalqlarının özlərini iki dövlətdə yaşayan bir millət hesab etdiyini, Türkiyənin Azərbaycanın ən böyük müttəfiqi olduğunu yazıb. Azərbaycanın həm İsrail, həm də Türkiyə ilə yaxın əlaqələrinin onu hər iki ölkə üçün ideal vasitəçiyə çevirdiyini bildirib.

Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür.

Tarix
2025.02.17 / 17:25
Müəllif
Axar.az
Digər xəbərlər

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla