Yuxarı

Azərbaycanlı Zelenskinin partiyasında vəzifəyə seçildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada yaşayan azərbaycanlı gənc Ramil Ağabəyov yeni vəzifəyə seçilib.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, o, Ukrayna Prezidenti Vladimir Zelenskinin rəhbərlik etdiyi hakim “Xalqın xidmətçisi” partiyasının Nikolayev şəhər şurası üzrə fraksiya sədri olub.

Ramil Ağabəyov əslən Azərbaycanın Salyan rayonundandır. O, Ukrayna Azərbaycanlıları Radasının Nikolayev vilayəti üzrə təmsilçisi olan Zaur Ağabəyovun oğludur. Ramil Ağabəyov indiyədək Nikolayev şəhər şurasının deputatı kimi fəaliyyət göstərib. Eyni zamanda, partiyanın vilayət üzrə gənclər qolunun rəhbəri və Nikolayev rayonu hərbi administrasiyasının başçısıdır.

Yeni təyinat fraksiyanın geniş iclasında elan olunub. Tədbirdə Ukrayna Ali Radasının deputatları, yerli idarəetmə orqanlarının nümayəndələri və Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim də iştirak ediblər.

Qeyd edək ki, partiyanın şəhər fraksiyasına rəhbərlik edən Tatyana Dombrovska ailə vəziyyəti ilə əlaqədar istefa verdikdən sonra bu vəzifəyə seçkilər keçirilib və Ramil Ağabəyov yeni fraksiya sədri olub.

Tarix
2025.03.27 / 22:46
Müəllif
Axar.az
Digər xəbərlər

Gülməmmədov Milli Məclisdə hesabat verir

Milli Məclisin növbəti iclası başladı

Xanazax istiqamətində atəş açılması... - MN

İranın qarşısında nəhəng ABŞ var: razılaşmasa… - Ekspert

Avropada Hitlerin doğum günündə "sürpriz" - Foto

Astanada Szinpinlə bunu bəyan etdik - İlham Əliyev

Tərəfdaş ölkə səfirinin sərhədimizə gəlib, bəyanat verməsi…

Buna görə Çinlə əməkdaşlığı genişləndiririk - Əliyev

Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adını açıqladı

Çin Azərbaycanın 4-cü ən böyük tərəfdaşıdır - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla