Yuxarı

"Avant Group" təbiətə 100 minlik ziyan vurdu: cinayət işi…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi-241 ünvanında ağacların qanunsuz kəsilməsi faktı Baş Prokurorluqda araşdırılıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində qanunsuz ağackəsmə faktı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Ağacların "Avant Group" MTK tərəfindən kəsildiyi və təbiətə 100 min manatdan çox ziyan vurulduğu müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli və külli miqdarda ziyan vurduqda) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər və prokurorluq orqanlarına göndərilib.

Qeyd edək ki, Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə Azon Zavodunun ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan "Avant Group" MTK tərəfindən kəsildiyi və təbiətə 117 060 manat məbləğində ziyan vurulduğu bildirilmişdi.

Faktla bağlı akt tərtib edildiyi, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materialların Baş Prokurorluğa göndəriləcəyi açıqlanmışdı.

Tarix
2025.04.22 / 12:16
Müəllif
Axar.az
Digər xəbərlər

Qafarova ilə təkbətək söhbətim oldu, məncə… - Simonyan

Qafarovadan deputata irad: Hökumətə nə olub ki!

İrandan ölkəmizə qarşı PUA təhlükəsi – Nə baş verir?

Heydər Əliyevin Şanxay haqqında çıxışı - Video

Nikol Bakının şərtini bu vaxt yerinə yetirəcək - Perenciyev

Azərbaycan “orta güc”ə çevrilir - Ekspert

Gülməmmədov Milli Məclisdə hesabat verir

Milli Məclisin növbəti iclası başladı

Xanazax istiqamətində atəş açılması... - MN

İranın qarşısında nəhəng ABŞ var: razılaşmasa… - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla