
Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir - Deputat
14:52
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Bu gün Ərdəbil əyalətinin başçısı Məsud İmami Yeganə ilə İran Prezident Aparatının rəhbəri Məhəmməd Cəfər Qaimpənah arasında keçirilən görüşdə Prezident Məsud Pezeşkianın Azərbaycana gözlənilən səfəri müzakirə edilib.
Axar.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Məlumata görə, görüşdə rəsmilər Azərbaycanla sərhəd əlaqələrinin inkişafı, magistral və xəstəxana layihələri üçün lazım olan resursların təmin edilməsi ilə bağlı məsləhətləşmələr aparıblar.
Habelə Ərdəbil əyaləti ilə Azərbaycan arasında sənaye və iqtisadi mübadilənin genişləndirilməsinə dair təkliflərin irəli sürülməsi və ikitərəfli sazişlərin imzalanması da nəzərdən keçirilib.
Qeyd edək ki, Pezeşkianın yaxın bir həftə ərzində Azərbaycana səfər edəcəyi gözlənilir.
Tarix
2025.04.22 / 13:31
|
Müəllif
Suzanna İsmayılova
|