Yuxarı

Papa seçkiləri: ən şanslı Pyetrodur - Kəhanət reallaşır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Papa seçkiləri: ən şanslı Pyetrodur - Kəhanət reallaşır?

Roma Papası Fransiskin ölümündən sonra yeni Papanın seçilməsi gündəmdədir.

Axar.az xəbər verir ki, dünya mətbuatı bu vəzifəyə namizəd olan azı 20 kardinalın adını açıqlayıb.

Onların arasında Vatikanın hazırkı dövlət katibi, 70 yaşlı Pyetro (Pyotr) Parolin, Bolonya arxiyepiskopu, İtaliya yepiskopluğunun prezidenti və Vatikanın Ukraynadakı münaqişənin həlli üzrə nümayəndəsi 69 yaşlı Kardinal Matteo Zuppi, Qüds Latın Patriarxı, İtaliya əsilli ilk İsrail kardinalı 60 yaşlı Pierbattista Pizzaballa, “katolik Asiyanın siması” adlandırılan 67 yaşlı filippinli kardinal Luis Taqle Frensisin adı hallanır.

Bundan başqa, dünya mətbuatının siyahısına Malta kardinalı Mario Qrex, macar kardinalı Peter Erde, portuqaliyalı kardinal Xose Tolentino de Mendonça, Konqo kardinalı Fridolin Ambonqo Bezunqu, Niderland kardinalı Villem Eyk, İsveç kardinalı Lars Anders Arborelius, Şri-Lanka kardinalı Malkolm Rancit, Birma kardinalı Çarlz Bo, Qvineya kardinalı Rober Saranın da adı düşüb.

İtaliyanın “La Stampa” qəzeti yazıb ki, ən çox ehtimal olunan namizəd Vatikanın hazırkı dövlət katibi, 70 yaşlı Pyetro (Pyotr) Parolindir.

Papa Fransiskin ölümündən sonra 1139-cu ildə İrlandiya arxiyepiskopu Müqəddəs Malakinin yazdığı iddia edilən “Papaların kəhanəti” kitabı bu baxımdan da diqqət mərkəzindədir. Kitabın son bölməsindəki sonuncu Papa olan “Romalı Petrus (Pyotr)” ifadəsi xüsusi diqqət çəkib.

Bəzi şərhçilərə görə, kitabdakı “Romalı Petrus” ifadəsi Papa Fransiskdən sonra seçiləcək şəxsin simvolik adıdır. Onun "sonuncu Papa" ola biləcəyini düşünülür. İndi Papa Fransiskin ölümüdən sonra Pyetro (Pyotr) Parolinin ən real namizəd kimi göstərilməsi hər kəsdə müəyyən şübhələr yaratmağa başlayıb.

Kitabda dünyanın sonunun 2027-ci ildə gələ biləcəyi də qeyd olunub.

Tarix
2025.04.22 / 14:02
Müəllif
Axar.az
Digər xəbərlər

Zəngəzur dəhlizi və BTQ bir-birini tamamlayacaq - Boyraz

“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi

Pezeşkian Azərbaycanla bağlı göstəriş verdi - Sənayi

Macarıstan prezidenti Əli Hüseynlini təltif etdi

Azərbaycan və Ermənistan nümayəndələri İrəvanda görüşdü

Yanacaqdoldurma obyektlərinə yeni tələb qoyuldu

Qafarova Zəngəzur dəhlizi ifadəsini Simonyana izah etdi

Ruslar vurdu: azərbaycanlıların evləri zərər gördü - Foto

Əliyev İrəvana gəlsin, Paşinyan Bakıya getsin... - Simonyan

Eyyubovdan Prezidentə: Bunu heç kim edə bilməzdi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla