Yuxarı

Bakı meri hansı səlahiyyətlə bu vədi verir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı meri hansı səlahiyyətlə bu vədi verir?

Bakı ŞİH-in rəhbəri Eldar Əzizov deyir ki, 2 ildən sonra Bakının su-kanalizasiya sistemi düzələcək.

Axar.az xəbər verir ki, bu barədə siyasətçi Natiq Cəfərli qeyd edib.

“1. Bakı Şəhəri İcra Hakimiyyətinin su və kanalizasiya sisteminə nə aidiyyəti var? Eldar müəllim zəng edib, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə əmr, göstəriş verə bilərmi ki, flan yerdə flan işi görün?

2. BŞİH Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə əmr verə, onları tunellərin yenidən qurulmasına məcbur edə bilərmi?

3. BŞİH Bakı şəhərinin təsərrüfatı, infrastrukturu ilə məşğul olan 14-ə yaxın mərkəzi hökumət-dövlət orqanına göstəriş verə bilərmi?

4. BŞİH-nin səlahiyyəti məhduddursa, şəhər təsərrüfatı bir mərkəzdən idarə olunmursa, Eldar Əzizov nəyə əsasən 2 ilə problemi həll edəcəyini söyləyir?” – o bildirib.

Ekspert əlavə edib ki, Bakı şəhəri vahid, seçilmiş mərkəzdən idarə olunmalı, səlahiyyət və məsuliyyət bir mərkəzdə toplanmalıdır:

“Bunun üçün Bakı Böyükşəhər Bələdiyyəsi yaradılmalı, mer vəzifəsi təsis olunmalı, seçki yolu ilə şəhərin başçısı və hökuməti müəyyən edilməlidir”.

Tarix
2025.04.22 / 15:09
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla