Yuxarı

Mərkəzi Bankın yeni binası nə vaxt təhvil veriləcək? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankının (AMB) tikilməkdə olan yeni binası 2025-ci ilin avqust ayında təhvil veriləcək.

Axar.az xəbər verir ki, bu barədə APA-ya layihənin icrasını həyata keçirən Türkiyənin "Tekfen" şirkətindən bildirilib.

Qeyd edilib ki, yeni binanın layihə və tikinti işləri 2021-ci ildə bağlanmış müqavilə ilə həyata keçirilir. Binanın tamamlanma tarixi əsas müqavilənin əhatə dairəsinə əlavə edilən əlavə işlərlə əlaqədar olaraq 2025-ci ilin avqust ayına qədər yenilənib. Layihə üzrə işlərin 84,1%-i tamamlanıb.

Xatırladaq ki, hündürlüyü 163,8 metr olan Mərkəzi Bankın yeni binasının sahəsi 35 min 737 kvadratmetrdir. Atriumu və geniş açılışlı asma bağları olan yeni bina fasada inteqrasiya olunmuş günəş enerjisi panelləri və təbii ventilyasiya kanalları ilə enerjiyə qənaət və işçilər üçün geniş iş mühiti təklif edəcək. Layihənin müəllifi Avstriyalı Coop Himmelblaudur. O eyni zamanda Frankfurtdakı Avropa Mərkəzi Bankının dizaynını da hazırlayıb.

Tarix
2025.04.22 / 10:47
Müəllif
Axar.az
Digər xəbərlər

Gülməmmədov Milli Məclisdə hesabat verir

Milli Məclisin növbəti iclası başladı

Xanazax istiqamətində atəş açılması... - MN

İranın qarşısında nəhəng ABŞ var: razılaşmasa… - Ekspert

Avropada Hitlerin doğum günündə "sürpriz" - Foto

Astanada Szinpinlə bunu bəyan etdik - İlham Əliyev

Tərəfdaş ölkə səfirinin sərhədimizə gəlib, bəyanat verməsi…

Buna görə Çinlə əməkdaşlığı genişləndiririk - Əliyev

Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adını açıqladı

Çin Azərbaycanın 4-cü ən böyük tərəfdaşıdır - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla