Yuxarı

Fidan Barro ilə görüşdü: Cənubi Qafqazda sülh...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fidan Barro ilə görüşdü: Cənubi Qafqazda sülh...

Türkiyənin xarici işlər naziri Hakan Fidan Parisə rəsmi səfəri çərçivəsində Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə “Hürriyət” məlumat yayıb.

Bildirilib ki, nazirlərin görüşü zamanı bir çox məsələlərlə yanaşı, Qafqazda sülh və sabitliyin bərqərar edilməsi ilə bağlı müzakirələr aparılıb.

Görüşdə həmçinin ikitərəfli və regional məsələlər ətraflı müzakirə olunub.

Avropanın yeni təhlükəsizlik sisteminin formalaşmasında Avropa Birliyi (AB) üzvü olmayan ölkələrlə koordinasiyanın artırılmasının vacibliyinə toxunulub.

Türkiyə-AB münasibətlərindəki süni maneələrin aradan qaldırılması və AB-nin bu istiqamətdə konkret addımlar atması ilə əlaqədar Fransadan gözləntilər ifadə olunub.

Bundan başqa, H.Fidan Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasında Türkiyənin dəstəyi, Suriyanın yeni hakimiyyəti ilə əlaqənin genişləndirilməsi, PKK/YPG ilə mübarizənin vacibliyi, o cümlədən Suriyanın şimalındakı həbsxana və düşərgələrdə saxlanılan İŞİD terror təşkilatına mənsub əcnəbilərin öz ölkələrinə qaytarılmalarının vacibliyi məsələlərinə də toxunub.

Tarix
2025.04.03 / 13:47
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

Ərdoğanın baş müşavirinin Azərbaycana qarşı qərəzi... - YAP

Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir

Laos prezidentinin şərəfinə rəsmi nahar verildi - Foto

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir

Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq... - Prezident

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla