Yuxarı

İsrail və Türkiyə Bakıda razılığa gəldi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail və Türkiyə Bakıda razılığa gəldi

Türkiyə ilə Suriya üzrə danışıqlar sabitliyi qorumaq məqsədi daşıyır.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisi məlumat yayıb.

“Dünən gecə İsrailin milli təhlükəsizlik müşaviri Tzachi Haneqbinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda türkiyəli həmkarları ilə görüşüb. İsrail nümayəndə heyətinə Müdafiə Nazirliyi və təhlükəsizlik agentliyinin yüksək rütbəli rəsmiləri daxil olub”, - məlumatda qeyd edilib.

Netanyahunun ofisi danışıqlara ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edib:

“İsrail mühüm danışıqlara ev sahibliyi etdiyinə görə Azərbaycana və Prezident İlham Əliyevə təşəkkür edir”.

Bildirilib ki, görüşdə hər bir tərəf regionda öz maraqlarını təqdim edib, regional sabitliyi qorumaq üçün dialoq yolunda davam etmək razılaşdırılıb:

“Danışıqlarda tərəflər regionda öz maraqlarını təqdim etdi və onlar sabitliyi qorumaq üçün kommunikasiya kanalını açıq saxlamağa razılaşdılar”.

Tarix
2025.04.10 / 16:58
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla