Bu material X.Hovsepyan adlı erməni müəllifin "Mübarizə
və quruluş" kitabından götürülüb. Kitab 1930-cu ildə İrəvan Dövlət
Nəşriyyatı tərəfindən çap edilib. Erməni müəllifi burada
daşnakların qəsbkarlıq fəaliyyətindən, daşnak qüvvələrinin yerli
türk əhaliyə qarşı törətdikləri vəhşiliklərdən, xarici qüvvələrin
əlində alətə çevrilən bir qüvvə olduqlarından yazıb. Bu kitabın
əhəmiyyəti həm də ondadır ki, bu fikirlərin müəllifi ermənidir. Və
bu gün dünyanın bəzi ölkələrində "erməni soyqırımı" deyib haray
çəkənlərə tutarlı bir cavabdır.
Axar.az admiral.az-a istinadən X.Hovsepyanın daşnak
siyasətinin mahiyyətini ortaya qoyan yazısını təqdim edir:
"1917-ci il oktyabrda Rusiya proletariatı bolşeviklərin
rəhbərliyi altında hökuməti ələ alaraq, köhnə bürokrat aparatını
dağıdıb hər yerdə Şura hökuməti yaratdı.
Cənubi Qafqazda Şura hökumətinin qurulmasına maneçilik etmək və
Rusiya proletariatından Cənubi Qafqaz proletariatını ayırmaq
məqsədilə Oktyabr inqilabından dərhal sonra Cənbubi Qafqaz
əks-inqilabçı firqələri: menşevik, müsavat və daşnak birləşmələri
özləri üçün hökumət – Cənubi Qafqaz seymini təşkil etmələrini və
Rusiya şura hökumətinin əmrlərinə tabe olamdıqlarını qərara
alırlar.
Bu vaxt Rusiya ordusu Türkiyə cəbhəsindən geri qayıdırdı.
Cəbhədən dönən rus ordusunun eşalonlarını tərksilah etmək üçün
Seymdə qərar alınmışdı...
...Bir müddətdən sonra Seym dağıldı. Yəni menşevik, müsavat və
daşnaklar birgə işləmək üçün ümumi dil tapmadılar və tapa da
bilməzdilər. Seym dağıdıldıqdan sonra dərhal üç müstəqil
cümhuriyyət quruldu: Müsavat – Azərbaycanı, menşevik – Gürcüstanı,
daşnak – Ermənistanı.
Beləcə, 1918-ci ilin mayında "müstəqil" daşnak Ermənistanı əmələ
gəldi.
Daşnakların üç il hökmranlığı müddətində millətlər müharibəsi
olmazın dərəcəyə çatdı. Daşnaklar menşevik Gürcüstanı ilə bir dəfə,
Türkiyə ilə iki dəfə, Azərbaycan ilə isə bir neçə dəfə müharibə
etdilər. Məmləkət daxilində türk camaatını cismən məhv etmək
siyasətini aparırdılar. Ağbabada, Zəngibasarda, Şərurda on minlərlə
dinc türk məhv edildi.
Bu vətəndaşların əmlakı talan olub, daşnak xumbabetlərinin
(daşnaq hərbi birləşmələrində komandirlərə verilən ad - R.S.)
mülkünə çevrildi.
Milli müharibələri aparmaq və türk camaatını tələf etmək üçün
əks-inqilabçı daşnak hökuməti qırx minə yaxın muzdlu saxlayırdı.
Onlar həm də "nizami ordu" adı verdikləri qruplaşmadan başqa,
daşnaq hökuməti onlarla xumblar (daşnak könüllü birliklərinə
verilən ad – R.S.) saxlayırdılar. Bunları təmin etmək üçün daşnak
hökuməti zəhmətkeş kəndlilərin və fəhlələrin üzərinə ağır vergilər
qoyurdu. Öz çirkin siyasətini aparmaq üçün bu vasitələr kifayət
deyildi və buna görə daşnak hökuməti İngiltərə-Amerika
imperialsitlərinin yardımına müraciət edərək, onlardan külli
miqdarda da vəsait alırdı.
Daşnak hökumətinin çirkin siyasəti nəticəsində xalq təsərrüfatı
tamam dağılmışdı. Camaatın bir hissəsi cismani məhv olmuşdu. Ölkədə
aclıq, dağınıqlıq şiddətli surətdə davam edirdi. Tifdən (yatalaq)
və başqa yolxucu xəstəliklərdən minlərlə insan ölürdü. Türkiyədən
və Yunanıstandan gələn yüz minlərlə mühacirlər çirkin daşnak
siyasətinin qurbanları olurdular. Onlar cır-cındır geyimdə
ac-susuz, evsiz-eşiksiz qalmışdılar. Onsuz da az miqdarda olan
sənaye müəssisələri demək olar ki, büs-bütün dayanmışdı, hamısı
dağınıq halda idi.
...İki-üç paravozdan və onlarla vaqonlardan ibarət olan dəmir
yolu yararsız hala düşmüşdü və çox çətinliklə işləyirdi. Sənaye
işçilərinin sayı çox az idi, olanlar da nəqliyyatda və
şərab-spirt-konyak müəssisələrində işləyirdilər. Onların da iş
saatı 9-10 saatdan ibarət idi. Bütün işçilər məcburi surətdə orduya
çağrılmışdı. Kəndlərdə yalnız iş qüvvəsi olmayan kişilər və
qadınlar qalmışdı. Ölkəni ölüm halına gətirən əks-inqilabçı daşnak
hökuməti Amerika, İngiltərə və Fransanın ayaqqabılarını yalayaraq,
imperialsitlərin yardımı ilə "böyük" Ermənistan yaratmaq fikrində
idi.
Ancaq məlum olduğu kimi onların planı xəyal oldu. Qərbi Avropa
və Amerika imperialistləri yalnız Cənubi Qafqaz və Bakı neftini ələ
keçirərək vəziyyətlərini möhkəmlədib Cənubi Qafqazdan bolşevik
Rusiyasına keçmək fikri ilə daşnaklardan istifadə edirdilər...
...Ancaq bir müddətdən sonra daşnaq hökuməti İngiltərə
imperialistlərinin göstərişinə görə və onların rəhbərliyi altında
Türkiyə ilə yenidən müharibəyə başladılar. Müharibənin əleyhinə
olan fəhlə və kəndliləri silah gücünə cəbhəyə göndərirdilər...
...Daşnakların haqsızlıqlarının hüdudu yox idi, onlar ölkəni son
dərəcə dağınıq vəziyyətə saldılar. Yüzlərcə fəhlə və kəndlilər
daşnak avantürasının qurbanı oldu. Fəqət, belə bir özbaşnalığa son
verildi. Qızıl ordu qəti olaraq daşnak başıpozuqları və
xumbabetlərinin tör-töküntüsünü əzdi. 2 aprel 1921-ci ildə Şura
hökuməti bərpa olundu".