Yuxarı

Bakıda 2 nəfərin güllələnməsi ilə bağlı cinayət işi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda 2 nəfərin güllələnməsi ilə bağlı cinayət işi açıldı

Bakının Xəzər rayonunun Türkan qəsəbəsində iki nəfərin güllələnməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Axar.az-a Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, martın 26-da qəsəbə ərazisində Vaqif Əmirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Cavanşir Muradovun qonşusu Ruslan Əliyevə silahdan atəş açaraq onu öldürməyə cəhd etməsi, sonra isə həmin silahdan Vaqif Əmirova atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Cinayəti törətməkdə şübhəli bilinən C.Muradov rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

Tarix
2026.03.27 / 11:01
Müəllif
Axar.az
Digər xəbərlər

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla